Bu gün Ümumdünya Velosiped Günüdür

Bu gün Ümumdünya Velosiped Günüdür
03 İyun 2026 11:30

Artıq 8 ildir ki, iyunun 3-ü bütün dünyada Velosiped Günü kimi qeyd edilir.

BAKU.WS xəbər verir ki, bu gün BMT Baş Assambleyası tərəfindən 2018-ci ilin aprelin 12-də təsis edilib. Sənəd 56 ölkə tərəfindən hazırlanıb. Bu beynəlxalq tarixin qeyd edilməsində ilk təşəbbüsü Türkmənistan nümayəndələri göstərib.

Velosiped maddi cəhətdən çox sərfəli və ekoloji təmiz nəqliyyat növüdür. Bu nəqliyyat vasitəsilə hərəkət etmə idmanın inkişafına və ətraf mühitlə daha yaxın olmağa kömək edir.

Statistik məlumatlara əsasən, 2030-cu ilə qədər Avropada velosipedçilərin, eləcə də velosiped vasitəsilə səyahətlərin sayı 2 dəfə artmalıdır. Velosiped sürməyin populyarlaşması üzrə Panavropa planına imza atan 56 ölkənin təmsilçiləri bu fikirdədir.

Azərbaycan Dəmir Yolu da velosiped nəqliyyatının inkişafından kənarda qalmayıb: paytaxtımızın müxtəlif hissələrində yerləşən yeni parklar xüsusi velosiped cığırları ilə təchiz olunur, velosipedlərin icarəsi üçün məntəqələr yaradılır. İri marketlər velosipedlərin rahat parkinqi üçün artıq xüsusi zonalar ayırır.

Azərbaycanda velosiped yarışları mütəmadi olaraq təşkil edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Dünya Sağlamlıq Təşkilatının təşəbbüsü ilə də Veloparkda "Az avtomobil - çox həyat" şüarı ilə Dünya Sağlamlıq Gününə həsr olunmuş velosiped yürüşləri keçirilib. Kampaniyanın əsas məqsədi, sağlam həyat tərzi ilə yanaşı, həftəsonları avtomobilsiz istirahət etmək ənənəsini formalaşdırmaqdır.

Velosiped ətraf mühitə ən uyğun nəqliyyat növüdür, onun istifadəsi ətraf mühit və insan sağlamlığı üçün təhlükəsizdir. Bütün bunlar 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi Davamlı İnkişaf Məqsədlərinə uyğun gəlir.

Velosipedlər istixana qazlarını atmosferə buraxmır və küçə səs-küyünün səviyyəsini artırmır. Küçələrdə daha çox velosiped və daha az avtomobillərin olması yol qəzalarının başvermə ehtimalını azaldır.

Dünya Səhiyyə Təşkilatının məlumatına görə, Avropada nəqliyyatın havanı çirkləndirməsi nəticəsində hər il təxminən 500 min insan ölür. Yol-nəqliyyat hadisələri bir ildə 90 min nəfərin həyatına son qoyur. Təxminən 70 milyon insan həddindən artıq küçə səs-küyündən əziyyət çəkir.


11 Noy 2026
Cəmiyyət

Bayram günlərində müxtəlif istiqamətlərə 93 minə yaxın sərnişin daşınıb

6-10 noyabr tarixlərində paytaxtdan bölgələrə və region avtovağzallarından müxtəlif istiqamətlərə 93 000-ə yaxın sərnişin daşınıb.

11 Noy 2026
Cəmiyyət

Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF

Ev təsərrüfatlarının aktivlərinin statistik uçotunun aparılması onların vergiyə və digər ödənişlərə cəlb edilməsi məqsədi daşımır. Bu proses ÜDM-in daha dürüst hesablanmasına və gələcəkdə ünvanlı sosial siyasətin düzgün qurulmasına xidmət edir. Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib ki, uçot qaydalarının mahiyyəti əhaliyə vaxtında izah edilmədikdə yanlış məlumatlar və şayiələr yayılır.

11 Noy 2026
Cəmiyyət

Sabah hava necə olacaq? - 12.11.2026

Noyabrın 12-də gözlənilən hava şəraiti açıqlanıb.

11 Noy 2026
Cəmiyyət

Azərbaycanda orta maaş 1172 manata çatıb

2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanda əhalinin nominal gəlirləri 81 milyard 10,7 milyon manat təşkil edib.

11 Noy 2026
Cəmiyyət

Mülki müdafiə qoşunlarının hərbi hissəsində andiçmə mərasimi keçirilib

Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə qoşunlarının “N” saylı hərbi hissəsində 2026-cı ilin oktyabr çağırışçılarının andiçmə mərasimi keçirilib.