Ukraynalı uşaqların növbəti qrupu reabilitasiya üçün Azərbaycana yola salınıb

Ukraynalı uşaqların növbəti qrupu reabilitasiya üçün Azərbaycana yola salınıb
03 İyun 2026 10:17

Müharibədən əziyyət çəkən daha bir qrup ukraynalı uşaq Azərbaycana yola salınıb.

Oxu.Az "Report"a istinadən xəbər verir ki, Mariupol şəhərindən qaçqın düşən ailələrin övladlarının yolasalma mərasimində Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev və səfirliyin müşaviri Fərid Babayev də iştirak ediblər.

Səfir Seymur Mərdəliyev bildirib ki, Azərbaycan dövləti Ukraynaya humanitar yardımlarını, dəstəyini davam etdirəcək. Mariupol merinin müavini Yuri Pivovarov isə vurğulayıb ki, bu gün 30-dan çox uşaq yola salınır:

"Bu gün burada olmaq, mariupollu uşaqların ilk qrupunu Azərbaycana yola salmaq mənim üçün böyük şərəfdir. Uşaqlar reabilitasiyadan keçəcəklər və buna görə Azərbaycana təşəkkür edirik. Biz onları ilk dəfə sağlamlıq-istirahət məqsədilə Azərbaycana göndəririk. Biz bunu son dərəcə yüksək qiymətləndiririk", - deyə o əlavə edib.

Bununla da, indiyədək Azərbaycanda reabilitasiya keçən ukraynalı uşaqların sayı 600-ü keçəcək.

Xatırladaq ki, səfər çərçivəsində uşaqlar peşəkar psixoloqlar tərəfindən təşkil olunan fərdi konsultasiyalar, qrup terapiyaları, meditasiya və yoqa məşğələləri, eyni zamanda, psixososial təlimlər, ustad dərsləri vasitəsilə azyaşlıların emosional vəziyyətlərinin sabitləşməsi, eləcə də cəmiyyətə inteqrasiyaları təmin ediləcək.

 

 


17 İyun 2026
Siyasət

Baş nazir: "Azərbaycan dost ölkələrlə investisiya əməkdaşlığını gücləndirir"

"Azərbaycanda dost dövlətlərlə birgə investisiya platformalarının yaradılması təcrübəsi planauyğun şəkildə inkişaf edir".

17 İyun 2026
Siyasət

Mikayıl Cabbarov: 2021–2025-ci illərdə ölkədə qeyri-neft və qaz sektorunun orta illik artımı 6% təşkil edib

Azərbaycanın iqtisadiyyatında şaxələndirmə prioritet olaraq qalır və qeyri-neft sektorunda ciddi artım müşahidə olunur.

17 İyun 2026
Siyasət

Rövşən Rzayev vətəndaş qəbulu keçirib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib.

17 İyun 2026
Siyasət

Əli Əsədov: Birgə investisiya fondları əməkdaşlığın inkişafı üçün səmərəli alətdir

Azərbaycanda dost dövlətlərlə birgə investisiya platformalarının yaradılması təcrübəsi planauyğun şəkildə inkişaf edir.

17 İyun 2026
Siyasət

Əli Əsədova "Bright Uzbekistan" layihəsi təqdim olundu

Azərbaycanın Baş naziri Əli Əsədova Özbəkistana işgüzar səfəri çərçivəsində beynəlxalq media layihəsi olan "Bright Uzbekistan" jurnalının xüsusi buraxılışı təqdim edilib.