Baş nazir Əli Əsədov iyunun 2-də Ukrayna baş nazirinin birinci müavini və energetika naziri Denis Şmıqal ilə görüşüb.
Oxu.Az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Görüşdə Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlərin əhəmiyyəti vurğulanıb. Bakı şəhərinin yenidən qlobal enerji dialoqunun əsas mərkəzlərindən birinə çevrildiyi bildirilərək sözügedən platformanın enerji təhlükəsizliyi, yaşıl keçid və dayanıqlı inkişaf məsələləri üzrə beynəlxalq əməkdaşlığın inkişafına mühüm töhfə verdiyi diqqətə çatdırılıb.
Azərbaycan ilə Ukrayna arasında ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılaraq, iqtisadiyyat, ticarət, enerji, humanitar və qarşılıqlı maraq doğuran digər sahələrdə əlaqələrin genişləndirilməsi imkanları müzakirə olunub.
Söhbət zamanı Azərbaycan tərəfindən Ukraynaya göstərilən humanitar dəstəyin əhəmiyyəti vurğulanıb, ölkəmizin Ukrayna xalqına göndərdiyi humanitar yardımlara və mülki infrastrukturun bərpasına verdiyi töhfəyə görə minnətdarlıq ifadə olunub.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib.
Azərbaycanda dost dövlətlərlə birgə investisiya platformalarının yaradılması təcrübəsi planauyğun şəkildə inkişaf edir.
Azərbaycanın Baş naziri Əli Əsədova Özbəkistana işgüzar səfəri çərçivəsində beynəlxalq media layihəsi olan "Bright Uzbekistan" jurnalının xüsusi buraxılışı təqdim edilib.