Sabah şimşək çaxacaq, dolu düşəcək

Sabah şimşək çaxacaq, dolu düşəcək
02 İyun 2026 12:39

İyunun 3-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, gecə bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi səhər mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 14-17° isti, gündüz 21-26° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət 50-60 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 15-18° isti, gündüz 23-28° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-18°, bəzi yerlərdə 20-25° isti olacaq.


17 İyun 2026
Dünya

AMB rəsmi məzənnələri açıqladı: Avro bahalaşdı, Rusiya rublu ucuzlaşdı

Azərbaycan Mərkəzi Bankı iyunun 17-nə olan rəsmi valyuta məzənnələrini açıqlayıb.

17 İyun 2026
Dünya

Böyük Britaniyada tarixi tapıntı - FOTO

Böyük Britaniyanın Çelmsford şəhərindəki "Nyu-Holl" məktəbinin ərazisində Tüdor dövrünə aid tunellər aşkar edilib. Bu tunellərin VIII Henrinin itirilmiş Bolye sarayı ilə əlaqəli ola biləcəyi ehtimal edilir. Tapıntı artıq arxeoloqların diqqətini cəlb edib, çünki bu, İngiltərənin ən vacib XVI əsr kral iqamətgahlarından birinin tarixini daha dərindən öyrənməyə kömək edə bilər.

16 İyun 2026
Dünya

Çində güclü zəlzələ: Ölən və yaralılar var

Çində baş verən 6.3 maqnitudalı zəlzələ nəticəsində bir nəfər ölüb, daha dörd nəfər isə yaralanıb.

16 İyun 2026
Dünya

Çində 6.3 maqnitudalı zəlzələ oldu

Çinin şimal-qərbində yerləşən Tsinxay bölgəsində 6.3 maqnitudalı zəlzələ qeydə alınıb.

16 İyun 2026
Dünya

Lavrovla Fidan görüşdü

Moskvada Rusiya və Türkiyə xarici işlər nazirləri arasında görüş başlayıb.