Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 1-də ABŞ Dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orrun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı Kaleb Orra "Bakı Enerji Həftəsi" çərçivəsində keçirilən sərgilərin və "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdiyinə görə təşəkkürünü bildirib.
ABŞ Prezidenti Donald Trampın bu tədbirə məktub ünvanlamasını məmnunluqla vurğulayan Prezident İlham Əliyev bu yanaşmanın və tərəfdaşlığın çox yüksək qiymətləndirildiyini bildirdi, buna görə ABŞ dövlətinin başçısına minnətdarlığını ifadə edib.
Son dövrlərdə ikitərəfli münasibətlərimizin uğurla inkişaf etdiyini deyən dövlətimizin başçısı Azərbaycanla ABŞ arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasının, həmçinin bu Xartiya əsasında müxtəlif sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsi üçün işçi qruplarının yaradılmasının əhəmiyyətinə toxunub, Azərbaycan-ABŞ İqtisadi Dialoqunun ilk iclasının keçiriləcəyini vurğulayıb. Bu xüsusda Kaleb Orrun başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin əməkdaşlığın perspektivlərini müzakirə etmək baxımından yaxşı imkan yaratdığı bildirilib.
Dövlətimizin başçısı "Bakı Enerji Həftəsi" çərçivəsində imzalanan sənədlərin əhəmiyyətinə də toxunub.
Kaleb Orr ABŞ Prezidenti Donald Trampın və Dövlət katibi Marko Rubionun salamlarını Prezident İlham Əliyevə çatdırıb.
Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Donald Trampa və Marko Rubioya çatdırmağı xahiş edib.
Qonaq vurğulayıb ki, Donald Trampın "Bakı Enerji Həftəsi"nə məktub ünvanlaması tədbirin Amerika Birləşmiş Ştatları üçün nə qədər önəmli olduğunu göstərir.
Kaleb Orr, eyni zamanda dedi ki, bu tədbir enerji bazarlarının vəziyyəti ilə bağlı müzakirələr aparmaq baxımından Prezident İlham Əliyevin liderlik rolunu nümayiş etdirir.
Söhbət zamanı "Bakı Enerji Həftəsi"nin qlobal enerji məsələləri barədə fikir mübadiləsi aparmaq, həmçinin dünyanın qabaqcıl enerji şirkətləri, dövlət qurumları, investorlar və sənaye mütəxəssisləri arasında əməkdaşlığın perspektivlərini müzakirə etmək üçün uğurlu platforma olduğu vurğulanıb.
Görüşdə Azərbaycan-ABŞ əlaqələrinin hər iki ölkənin dövlət başçılarının səyləri nəticəsində yeni inkişaf mərhələsinə qədəm qoyduğu qeyd edilib.
Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
Hər bir xalqın tarixində onun azadlıq mübarizəsini, milli kimliyini və dövlətçilik ənənələrini təcəssüm etdirən müqəddəs rəmzlər var. Azərbaycan xalqı üçün belə rəmzlərin başında üçrəngli Dövlət Bayrağımız gəlir.
Azərbaycan cəmiyyətində Qarabağdakı tarixi Zəfərdən və ərazi bütövlüyümüzün tam bərpa edilməsindən sonra həm müstəqillik dövründə keçdiyimiz çətin və məsuliyyətli inkişaf yolunun tarixi dərslərini ümumiləşdirmək, həm də yeni tarixi dövrün ümummilli vəzifəsini müəyyən etmək dövlət əhəmiyyətli bir məsələ kimi gündəmə gəlmişdir. Bu, ölkəmizdə uzaq və yaxın keçmişin tarixi dərslərindən düzgün nəticə çıxararaq daha işıqlı sabahlara doğru inamla addımlamaq və eyni zamanda, hansı hədəflərə doğru və necə getməli olduğumuzun strategiyasını qurmaq baxımından həlli zəruri olan aktual bir problemdir.
8 Noyabr – Zəfər Gününün 6-cı ildönümü münasibətilə Türkiyə Respublikasının İğdır şəhərində silsilə tədbirlər keçirilib.
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan Televiziyası və Radiosu Günü münasibətilə bu sahədə çalışan şəxsləri təbrik edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunda "Sunbeverage" MMC-nin alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər.