Hörmüz boğazından 15 gəmi keçib

Hörmüz boğazından 15 gəmi keçib
01 İyun 2026 15:44

Ötən 1 sutka ərzində (31 may) İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) Hərbi Dəniz Qoşunları ilə koordinasiya nəticəsində Hörmüz boğazından 15 gəmi keçib.

Trend xəbər verir ki, bununla əlaqədar İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) Hərbi Dəniz Qoşunları məlumat yayıb.

Məlumata görə, keçən gəmilər, neft tankerləri, konteyner gəmiləri və başqa ticarət gəmiləri olub və gəmilərin təhlükəsizliyi təmin edilib. Gəmilərin 4-ü neft tankeri olub.

“Fars körfəzi və Hörmüz boğazı ətrafındakı ticarət gəmiləri və neft tankerlərinə xəbərdarlıq edilir ki, regiondan kənar qüvvələrlə hər hansı əməkdaşlıq baş verə biləcək təhlükə hesab olunur və bununla əlaqədar addım atılacaq”, - deyə SEPAH bildirib.

Qeyd edək ki, 28 fevral -7 aprel ABŞ, İsrail və İran arasında baş verən müharibə nəticəsində Hörmüz boğazından sərbəst şəkildə gəmilərin keçidinə ciddi şəkildə məhdudiyyət yaranıb.

Əlavə edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədar konkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmin gündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA ilə atəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7 apreldə atəşkəs razılaşması əldə olunub. 11 apreldə ABŞ və İran arasında İslamabadda keçirilən danışıqlarda razılaşma əldə olunmayıb


17 İyun 2026
Dünya

AMB rəsmi məzənnələri açıqladı: Avro bahalaşdı, Rusiya rublu ucuzlaşdı

Azərbaycan Mərkəzi Bankı iyunun 17-nə olan rəsmi valyuta məzənnələrini açıqlayıb.

17 İyun 2026
Dünya

Böyük Britaniyada tarixi tapıntı - FOTO

Böyük Britaniyanın Çelmsford şəhərindəki "Nyu-Holl" məktəbinin ərazisində Tüdor dövrünə aid tunellər aşkar edilib. Bu tunellərin VIII Henrinin itirilmiş Bolye sarayı ilə əlaqəli ola biləcəyi ehtimal edilir. Tapıntı artıq arxeoloqların diqqətini cəlb edib, çünki bu, İngiltərənin ən vacib XVI əsr kral iqamətgahlarından birinin tarixini daha dərindən öyrənməyə kömək edə bilər.

16 İyun 2026
Dünya

Çində güclü zəlzələ: Ölən və yaralılar var

Çində baş verən 6.3 maqnitudalı zəlzələ nəticəsində bir nəfər ölüb, daha dörd nəfər isə yaralanıb.

16 İyun 2026
Dünya

Çində 6.3 maqnitudalı zəlzələ oldu

Çinin şimal-qərbində yerləşən Tsinxay bölgəsində 6.3 maqnitudalı zəlzələ qeydə alınıb.

16 İyun 2026
Dünya

Lavrovla Fidan görüşdü

Moskvada Rusiya və Türkiyə xarici işlər nazirləri arasında görüş başlayıb.