Ukrayna dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edib

Ukrayna dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edib
01 İyun 2026 15:01

"Azərbaycan Ukraynaya enerji sektorunun dəstəklənməsi məqsədilə 11 yardım paketi təqdim edib. Buna görə son dərəcə minnətdarıq".

Oxu.Az xəbər verir ki, bu fikirləri Ukrayna baş nazirinin birinci müavini və Ukraynanın energetika naziri Denis Şmıqal 31-ci Bakı Enerji Forumunda çıxışı zamanı deyib.

O, ötən qışın Ukrayna üçün ən çətin dövr olduğunu bildirib və qeyd edib ki, Azərbaycanın göstərdiyi dəstək xüsusilə mühüm əhəmiyyət daşıyıb:

"Azərbaycanlı dostlarımız generatorlar, transformatorlar, kabel məhsulları və digər həyati vacib avadanlıqlar təqdim etdilər. Bu yardım qışı uğurla keçirməyimizə kömək etdi. Bu gün isə həmin dəstək bizi növbəti qışa hazırlamağa yardım edir. Prezident İlham Əliyevə və energetika naziri Pərviz Şahbazova dərin təşəkkürümüzü bildiririk. Bu həmrəyliyi yüksək qiymətləndirir və göstərilən dəstəyə görə səmimi-qəlbdən minnətdarlığımızı ifadə edirik. Ortaq maraqlarımızın və qarşılıqlı anlaşmanın mövcudluğu əməkdaşlığımızın və qarşılıqlı etimadımızın əsas hərəkətverici qüvvəsi olaraq qalır".


17 İyun 2026
Siyasət

Rövşən Rzayev vətəndaş qəbulu keçirib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib.

17 İyun 2026
Siyasət

Əli Əsədov: Birgə investisiya fondları əməkdaşlığın inkişafı üçün səmərəli alətdir

Azərbaycanda dost dövlətlərlə birgə investisiya platformalarının yaradılması təcrübəsi planauyğun şəkildə inkişaf edir.

17 İyun 2026
Siyasət

Əli Əsədova "Bright Uzbekistan" layihəsi təqdim olundu

Azərbaycanın Baş naziri Əli Əsədova Özbəkistana işgüzar səfəri çərçivəsində beynəlxalq media layihəsi olan "Bright Uzbekistan" jurnalının xüsusi buraxılışı təqdim edilib.

16 İyun 2026
Siyasət

Rövşən Rzayev vətəndaş qəbulu keçirib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib.

16 İyun 2026
Siyasət

Tunis prezidenti azərbaycanlı həmkarına məktub göndərdi

Tunis Respublikasının Prezidenti Kays Sayid Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.