Rusiya Silahlı Qüvvələri Ukrayna ərazisinə genişmiqyaslı hava hücumu həyata keçirib. Məlumata görə, hücum zamanı iki "İsgəndər-M" tipli ballistik raketlə yanaşı, onlarla pilotsuz uçuş aparatı da istifadə olunub.
BiG.AZ Reuters-ə istinadən xəbər verir ki, Ukrayna tərəfi bildirir ki, ümumilikdə 122 dron hücuma cəlb edilib, onlardan 111-i hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib və ya zərərsizləşdirilib.
Raketlərin Rostov vilayəti və işğal altında olan Krım ərazisindən buraxıldığı qeyd olunur.
Xarkov Vilayət Hərbi Administrasiyasının məlumatına əsasən, Xarkov şəhəri və ətraf 14 yaşayış məntəqəsinə edilən zərbələr nəticəsində 3 nəfər həlak olub, 33 nəfər isə yaralanıb. Hazırda bölgədə vəziyyət gərgin olaraq qalır və hücumların davam etdiyi bildirilir.
Azərbaycan Mərkəzi Bankı iyunun 17-nə olan rəsmi valyuta məzənnələrini açıqlayıb.
Böyük Britaniyanın Çelmsford şəhərindəki "Nyu-Holl" məktəbinin ərazisində Tüdor dövrünə aid tunellər aşkar edilib. Bu tunellərin VIII Henrinin itirilmiş Bolye sarayı ilə əlaqəli ola biləcəyi ehtimal edilir. Tapıntı artıq arxeoloqların diqqətini cəlb edib, çünki bu, İngiltərənin ən vacib XVI əsr kral iqamətgahlarından birinin tarixini daha dərindən öyrənməyə kömək edə bilər.
Çində baş verən 6.3 maqnitudalı zəlzələ nəticəsində bir nəfər ölüb, daha dörd nəfər isə yaralanıb.