Gürcüstanda Müstəqillik Günü genişmiqyaslı tədbirlərlə qeyd olunur

Gürcüstanda Müstəqillik Günü genişmiqyaslı tədbirlərlə qeyd olunur
26 May 2026 11:47

Gürcüstanda Müstəqillik Günü ölkə üzrə müxtəlif tədbirlərlə qeyd olunur.

"Report"un yerli bürosu xəbər verir ki, tədbirlər Gürcüstan Hökumət Administrasiyasının təşkilatçılığı ilə baş tutur.

Proqram çərçivəsində Tbilisidə çağırışçıların ənənəvi andiçmə mərasimi Azadlıq meydanında reallaşacaq. Builki tədbir xristianlığın Gürcüstanda dövlət dini elan edilməsinin 1700 illik yubileyinə həsr olunub və bu səbəbdən mərasimin daha genişmiqyaslı keçirilməsi nəzərdə tutulur. Çağırışçılar həm Tbilisidə, həm də ölkənin 12 bölgəsində and içəcəklər.

Gün ərzində paytaxtda mədəni, idman və əyləncə tədbirləri təşkil olunacaq. Tədbirlər Aleksandr bağı, Xəzinə, Pxovi, Purtseladze, Vekua, İtaliya və Atoneli küçələrində keçiriləcək.

Axşam saat 20:00-da Prezident Sarayının ətrafında qala-konsertin keçirilməsi planlaşdırılır.

Müstəqillik Günü münasibətilə andiçmə mərasimi və digər mədəni, idman və əyləncə tədbirləri, həmçinin Axalkalaki, Marneuli, Qori, Telavi, Kutaisi, Poti, Ambrolauri, Msxeta, Ozurgeti, Mestia, Rustavi və Batumidə də keçiriləcək.

Tədbirlərə Tbilisidə yaşayan Gürcüstan azərbaycanlıları da qoşulublar. Onlar paytaxtda keçirilən yürüş və müxtəlif tədbirlərdə fəal şəkildə iştirak edirlər.



17 İyun 2026
Dünya

Türkiyə parlamentinin iş müddəti uzadılıb

Türkiyə Böyük Millət Məclisinin (TBMM) iş müddəti uzadılıb.

17 İyun 2026
Dünya

AMB rəsmi məzənnələri açıqladı: Avro bahalaşdı, Rusiya rublu ucuzlaşdı

Azərbaycan Mərkəzi Bankı iyunun 17-nə olan rəsmi valyuta məzənnələrini açıqlayıb.

17 İyun 2026
Dünya

Böyük Britaniyada tarixi tapıntı - FOTO

Böyük Britaniyanın Çelmsford şəhərindəki "Nyu-Holl" məktəbinin ərazisində Tüdor dövrünə aid tunellər aşkar edilib. Bu tunellərin VIII Henrinin itirilmiş Bolye sarayı ilə əlaqəli ola biləcəyi ehtimal edilir. Tapıntı artıq arxeoloqların diqqətini cəlb edib, çünki bu, İngiltərənin ən vacib XVI əsr kral iqamətgahlarından birinin tarixini daha dərindən öyrənməyə kömək edə bilər.

16 İyun 2026
Dünya

Çində güclü zəlzələ: Ölən və yaralılar var

Çində baş verən 6.3 maqnitudalı zəlzələ nəticəsində bir nəfər ölüb, daha dörd nəfər isə yaralanıb.

16 İyun 2026
Dünya

Çində 6.3 maqnitudalı zəlzələ oldu

Çinin şimal-qərbində yerləşən Tsinxay bölgəsində 6.3 maqnitudalı zəlzələ qeydə alınıb.