Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətində sərnişin qatarına kamikadze tərəfindən edilən hücum nəticəsində qurbanların sayı 47 nəfərə çatıb, onlardan 20-si hərbçi olub.
"Report" xəbər verir ki, "Sinxua" bu barədə xilasetmə xidmətlərinin nümayəndələrinə istinadən məlumat yayıb.
Həmçinin bildirilib ki, daha 98 nəfər yaralanıb.
Xatırladaq ki, hadisə dəmir yolunun Çaman Phatak rayonundan keçən hissəsində qeydə alınıb. Sərnişinlər Qurban bayramını qeyd etməyə yollanırdılar.
Azərbaycan Mərkəzi Bankı iyunun 17-nə olan rəsmi valyuta məzənnələrini açıqlayıb.
Böyük Britaniyanın Çelmsford şəhərindəki "Nyu-Holl" məktəbinin ərazisində Tüdor dövrünə aid tunellər aşkar edilib. Bu tunellərin VIII Henrinin itirilmiş Bolye sarayı ilə əlaqəli ola biləcəyi ehtimal edilir. Tapıntı artıq arxeoloqların diqqətini cəlb edib, çünki bu, İngiltərənin ən vacib XVI əsr kral iqamətgahlarından birinin tarixini daha dərindən öyrənməyə kömək edə bilər.
Çində baş verən 6.3 maqnitudalı zəlzələ nəticəsində bir nəfər ölüb, daha dörd nəfər isə yaralanıb.