Avropa Kuboku: Azərbaycan cüdo millisi komanda hesabında birinci oldu

Avropa Kuboku: Azərbaycan cüdo millisi komanda hesabında birinci oldu
18 May 2026 10:18

Polşanın Bielsko-Biala şəhərində keçirilən cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku başa çatıb.

Oxu.Az xəbər verir ki, son yarış günündə milli komanda aktivinə daha beş medal yazdırıb. Cüdoçular 2 gümüş və 3 bürünc mükafat qazanıblar.

Sadiq Məmmədov (-73 kq) və Ayxan Həsənli (-81 kq) yarışı ikinci pillədə tamamlayaraq gümüş medala sahib çıxıblar. Yusuf Nəzər (-73 kq), Yaqub Məmmədov (-81 kq) və Nurəddin Əliyev (-90 kq) isə bürünc medal əldə ediblər.

Xatırladaq ki, ilk yarış günündə İbrahim Talıbov (-55 kq) və Könül Eyvazlı (-48 kq) qızıl, İlkin Qarayev (-66 kq) və Zəhra Quliyeva (-40 kq) gümüş, Nihad Ağayev (-50 kq), Rza Xəlilli (-55 kq), Mehman Əsgərov (-60 kq) və Pərvin Sevxanlı (-44 kq) bürünc medala yiyələniblər.

Azərbaycan yığması turniri 2 qızıl, 4 gümüş və 7 bürünc medalla başa vuraraq ümumi komanda hesabında birinci yeri tutub.

17 İyun 2026
İdman

Azərbaycanın gənc cüdoçuları Krasnoyarskda keçirilən turnirdə 3 medal qazanıblar

Azərbaycanın gənc cüdoçuları Rusiyanın Krasnoyarsk şəhərində Vladimir Qulidovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə 3 medal əldə ediblər.

16 İyun 2026

Azərbaycanın iki boksçusu Dünya Kubokuna qələbə ilə başlayıb

Çinin Quyyan şəhərində boks üzrə Dünya Kubokuna start verilib.