Azərbaycanlı gənc güləşçi Avropa çempionu oldu

Azərbaycanlı gənc güləşçi Avropa çempionu oldu
18 May 2026 10:14

Bolqarıstanın Samokov şəhərində keçirilən güləş üzrə U17 Avropa çempionatı sona çatıb.

Oxu.Az xəbər verir ki, yarışın sonuncu - yeddinci günündə sərbəst güləş üzrə millimiz iki medal qazanıb.

Tunar Həsənov (45 kq) bürünc medal qarşılaşmasında türkiyəli Buğra Eldemirə 5:2 hesabıyla qalib gələrək qitə birinciliyini üçüncü pillədə başa vurub.

İbrahim Həsənov (51 kq) finalda türkiyəli Məhəmməd Qolha üzərində inamlı qələbə (11:3) qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Elgün Kərimli (92 kq) təsəlliverici görüşdə belaruslu Timur Mirzəyevə tam üstünlüklə (11:1) qalib gəlsə də, üçüncü yer uğrunda mübarizədə gürcüstanlı Nurəddin Mustafayevə məğlub olub - 0:8.

Beləliklə, millimiz Avropa çempionatını 3 qızıl, 1 gümüş və 3 bürünc medalla başa vurub.


16 İyun 2026
İdman

Azərbaycanın gənc cüdoçuları Krasnoyarskda keçirilən turnirdə 3 medal qazanıblar

Azərbaycanın gənc cüdoçuları Rusiyanın Krasnoyarsk şəhərində Vladimir Qulidovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə 3 medal əldə ediblər.

16 İyun 2026
İdman

Azərbaycanın iki boksçusu Dünya Kubokuna qələbə ilə başlayıb

Çinin Quyyan şəhərində boks üzrə Dünya Kubokuna start verilib.

10 İyun 2026
İdman

Tələbə Basketbol Liqasının mükafatçıları bəlli olub

Ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən Tələbə Basketbol Liqasının 2025/2026 mövsümünə yekun vurulub.