Bolqarıstanın Samokov şəhərində güləş üzrə U-17 Avropa çempionatı davam edir.
Oxu.Az xəbər verir ki, ikinci yarış günündə yunan-Roma güləşi üzrə ilk medalçılar müəyyənləşiblər.
Ömər Salmanov (48 kq) finalda rusiyalı Artyom Tkaçenkoyla qarşılaşıb. Rəqibinə 1:5 hesabı ilə məğlub olan güləşçi gümüş medalı boynundan asıb.
Qurban Məcnunov (55 kq) da həlledici görüşdə Rusiya təmsilçisi ilə üz-üzə gəlib. Edem Payziyevlə gərgin mübarizə şəraitində keçən qarşılaşmada minimal fərqlə (1:2) uduzan Qurban Avropa ikincisi olub.
Orxan Həbibli (65 kq) təsəlliverici görüşdə yunanıstanlı Dionisios Bulutidisə, bürünc medal uğrunda qarşılaşmada isə ukraynalı Oleksandr Venetsə 9:0 hesabı ilə qalib gələrək fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.
Beləliklə, millimiz ikinci yarış günündə iki gümüş və bir bürünc medal qazanıb.
Azərbaycanın gənc cüdoçuları Rusiyanın Krasnoyarsk şəhərində Vladimir Qulidovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə 3 medal əldə ediblər.
Azərbaycanın gənc cüdoçuları Rusiyanın Krasnoyarsk şəhərində Vladimir Qulidovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə 3 medal əldə ediblər.
Çinin Quyyan şəhərində boks üzrə Dünya Kubokuna start verilib.