Mayın 6-da Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Mədəniyyət işçiləri YAP ərazi ilk təşkilatının təşəbbüsü ilə Beynəlxalq Muğam Mərkəzində "Ümummilli lider Heydər Əliyev və Azərbaycanın mədəniyyət dəyərləri" mövzusunda konfrans keçirilib. Konfrans ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunub.
Oxu.Az xəbər verir ki, əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra ümummilli liderin mədəniyyət sahəsinin inkişafına göstərdiyi diqqət və qayğını əks etdirən videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova bildirib ki, ümummilli lider Heydər Əliyev üçün milli-mənəvi dəyərlər sadəcə qorunmalı irs deyil, xalqın varlığını təsdiq edən, onu zamanın sınaqlarından keçirən və gələcəyə aparan əsas güc mənbəyi idi. Qeyd edilib ki, ana dilinə sevgi, ədəbiyyata, musiqiyə və milli adət-ənənələrə bağlılıq ulu öndərin siyasətində xüsusi yer tutub. Bu dəyərlər yalnız keçmişin yadigarı kimi deyil, həm də müasir dövlət quruculuğunun və mənəvi inkişafın əsas sütunları kimi dəyərləndirilib.
"Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyasının sədri, professor Fuad Məmmədov, Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay Qasımzadə, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Hacı İsmayılov, Xalq şairi Vahid Əziz, Xalq artisti Əbdül Mahmudov, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, Mədəniyyət işçiləri YAP ərazi ilk təşkilatının sədri, mədəniyyət nazirinin köməkçisi Emin Həsənov çıxış edərək ümummilli lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinin inkişafındakı müstəsna rolundan, milli-mənəvi dəyərlərin qorunması və təbliği istiqamətində həyata keçirdiyi məqsədyönlü siyasətdən ətraflı söz açıblar.
Bildirilib ki, ulu öndərin müəyyən etdiyi strateji xətt bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, milli irsin qorunması, mədəniyyətin inkişafı və dünya miqyasında tanıdılması istiqamətində ardıcıl işlər görülür. Qeyd olunub ki, bu siyasət nəticəsində Azərbaycan mədəniyyəti beynəlxalq platformalarda geniş şəkildə təbliğ olunur, ölkəmizin zəngin mədəni irsi dünya ictimaiyyətinə çatdırılır.
Çıxışlardan sonra ümummilli lider Heydər Əliyevin sevdiyi musiqilərdən ibarət bədii proqram təqdim olunub.
Hər bir xalqın tarixində onun azadlıq mübarizəsini, milli kimliyini və dövlətçilik ənənələrini təcəssüm etdirən müqəddəs rəmzlər var. Azərbaycan xalqı üçün belə rəmzlərin başında üçrəngli Dövlət Bayrağımız gəlir.
Azərbaycan cəmiyyətində Qarabağdakı tarixi Zəfərdən və ərazi bütövlüyümüzün tam bərpa edilməsindən sonra həm müstəqillik dövründə keçdiyimiz çətin və məsuliyyətli inkişaf yolunun tarixi dərslərini ümumiləşdirmək, həm də yeni tarixi dövrün ümummilli vəzifəsini müəyyən etmək dövlət əhəmiyyətli bir məsələ kimi gündəmə gəlmişdir. Bu, ölkəmizdə uzaq və yaxın keçmişin tarixi dərslərindən düzgün nəticə çıxararaq daha işıqlı sabahlara doğru inamla addımlamaq və eyni zamanda, hansı hədəflərə doğru və necə getməli olduğumuzun strategiyasını qurmaq baxımından həlli zəruri olan aktual bir problemdir.
8 Noyabr – Zəfər Gününün 6-cı ildönümü münasibətilə Türkiyə Respublikasının İğdır şəhərində silsilə tədbirlər keçirilib.
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan Televiziyası və Radiosu Günü münasibətilə bu sahədə çalışan şəxsləri təbrik edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunda "Sunbeverage" MMC-nin alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər.