Azərbaycan və Türkiyə həmkarlar ittifaqları arasında əməkdaşlıq genişlənir - FOTO

Azərbaycan və Türkiyə həmkarlar ittifaqları arasında əməkdaşlıq genişlənir - FOTO
07 May 2026 09:04

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Türkiyənin Kamu-Sen Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndə heyəti ilə görüş keçirilib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov iki ölkə arasında möhkəm tarixi köklərə və ortaq dəyərlərə əsaslanan münasibətlərin strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini qeyd edib. O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın şəxsi dostluğu və birgə səyləri bu əlaqələrin daha da möhkəmlənməsini və inkişafını şərtləndirən əsas amillərdəndir.

Konfederasiya sədri iki ölkənin həmkarlar ittifaqları arasında əlaqələrin dinamik inkişaf etdiyini deyib, qarşılıqlı səfərlərin, birgə tədbirlərin və həyata keçirilən təcrübə mübadiləsinin münasibətlərin daha da möhkəmlənməsinə önəmli töhfə verdiyini vurğulayıb.

Görüşdə qonaqlara əmək hüquqlarının müdafiəsi, layiqli iş şəraitinin təmin olunması, üzvlərin sağlamlığının qorunması, eləcə də onların müalicə və istirahətinin səmərəli təşkili istiqamətində görülən işlər və həyata keçirilən layihələr barədə məlumat verilib.

Türkiyənin Kamu-Sen Həmkarlar İttifaqları Konfederasiyasının sədri Önder Kahveci rəhbərlik etdiyi qurumun dövlət qulluqçularının əmək hüquqlarının müdafiəsi və iş şəraitinin yaxşılaşdırılması istiqamətində gördüyü işlərdən danışıb. Önder Kahveci birgə layihələrin həyata keçirilməsinin, beynəlxalq həmkarlar ittifaqları platformalarında koordinasiyalı fəaliyyətin əhəmiyyətinini qeyd edib.

Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıb, əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər.

 

 


13 May 2026
Siyasət

Azərbaycan və Türkiyə arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Mayın 12-də Ankara şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) və Türkiyə Respublikasının Xarici İşlər Nazirliyi arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib.

13 May 2026
Siyasət

Bu bazar imtahan VAR

Dövlət İmtahan Mərkəzi mayın 17-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirəcək.

13 May 2026
Siyasət

Zakir Həsənov Slovakiyada müdafiə sərgisində iştirak edib - FOTO

Slovakiya Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Bratislava Beynəlxalq Müdafiə Sərgisi (IDEB) Konfransında, həmçinin Müdafiə və Təhlükəsizlik Sərgisində iştirak edib.

13 May 2026
Siyasət

WUF13 Könüllülük Proqramı çərçivəsində məkan təlimləri başa çatıb - FOTO - VİDEO

10-11 may tarixlərində Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) üzrə Könüllülər Proqramı çərçivəsində təşkil olunan məkan təlimləri başa çatıb.

13 May 2026
Siyasət

Slovakiya Milli Şurasının sədri Azərbaycana gəlib

Mayın 12-də Slovakiya Respublikası Milli Şurasının sədri Rixard Raşi Azərbaycana rəsmi səfərə gəlib.