Ceyhun Bayramov Mövlud Çavuşoğluya zəng edib - FOTO

Ceyhun Bayramov Mövlud Çavuşoğluya zəng edib - FOTO
06 May 2026 17:15

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin keçmiş xarici işlər naziri, deputat Mövlud Çavuşoğluya qardaşına edilən hücumla bağlı zəng edib.

Oxu.Az xəbər verir ki, bu barədə nazir "X" hesabında paylaşım edib.

"Əziz qardaşım və dostum Mövlud Çavuşoğlu ilə telefon danışığımız zamanı Mövlud bəyin qardaşı Aydın Çavuşoğlunun ağır xəsarət alması xəbərini kədər və narahatlıqla qarşıladığımızı diqqətə çatdırdım. Vəziyyətinin sabit olduğu bildirilən Aydın Çavuşoğluya şəfa diləyirəm. Bu çətin məqamda Çavuşoğlu ailəsinə həmrəyliyimizi ifadə edirik. Allah yar və yardımçınız olsun!", - deyə o qeyd edib. 

Xatırladaq ki, Mövlud Çavuşoğlunun qardaşı Aydın Çavuşoğluya silahlı hücum olub. İş adamı Aydın Çavuşoğlu dünən axşam saatlarında ofisində güllələnib.


13 May 2026
Siyasət

WUF13 Könüllülük Proqramı çərçivəsində məkan təlimləri başa çatıb - FOTO - VİDEO

10-11 may tarixlərində Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) üzrə Könüllülər Proqramı çərçivəsində təşkil olunan məkan təlimləri başa çatıb.

13 May 2026
Siyasət

Slovakiya Milli Şurasının sədri Azərbaycana gəlib

Mayın 12-də Slovakiya Respublikası Milli Şurasının sədri Rixard Raşi Azərbaycana rəsmi səfərə gəlib.

13 May 2026
Siyasət

Prezident İlham Əliyevlə Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olub - VİDEO

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

13 May 2026
Siyasət

Hikmət Hacıyev WUF13-ə hazırlıqla bağlı paylaşım edib

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasına (WUF13) hazırlıqla bağlı paylaşım edib.

13 May 2026
Siyasət

Prezidentin sosial şəbəkə hesablarında WUF13-lə bağlı görülən işlərlə tanışlığı barədə videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Bakı Olimpiya Stadionunun ərazisində WUF13-lə bağlı görülən işlərlə tanışlığı barədə videoçarx paylaşılıb.