Ukrayna Bəhreyndə səfirlik açacaq

Ukrayna Bəhreyndə səfirlik açacaq
06 May 2026 15:01

Ukrayna Bəhreyn Krallığının paytaxtı Manamada səfirlik açmaq qərarını elan edib.

"Report" xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bəhreynli həmkarı Əbdüllətif bin Rəşid əz-Zəyani ilə görüşün yekunlarına dair teleqram kanalında yazıb.

"Prezident Volodimir Zelenskinin Bəhreynə səfəri çərçivəsində həmkarım doktor Əbdüllətif əz-Zəyani ilə ikitərəfli görüş keçirməkdən məmnun oldum", - A.Sibiqa bildirib.

Onun sözlərinə görə, bu gün Ukrayna Manamada səfirlik açmaq qərarını elan edib. "Biz həmçinin Ukrayna və Bəhreynin Xarici İşlər Nazirlikləri arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzaladıq. Bunlar daha güclü və strukturlaşdırılmış tərəfdaşlığa doğru konkret addımlardır", - A.Sibiqa deyib.

O, həmçinin qeyd edib ki, tərəflər 2023-cü ildə Bəhreyn nazirinin Ukraynaya ilk səfərindən sonra son illərdə real irəlləyiş əldə etmiş ikitərəfli əməkdaşlığı dərinləşdirmək barədə razılığa gəliblər.

Ukraynalı nazirin sözlərinə görə, hazırkı danışıqlar regional təhlükəsizliyə yönəlib: "Ukrayna İranın məsuliyyətsiz, sabitliyi pozan hərəkətləri qarşısında Bəhreyn və digər Fars Körfəzi Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının ölkələri ilə həmrəyliyini ifadə edir".

A.Sibiqa vurğulayıb ki, Hörmüz boğazındakı vəziyyət xüsusi diqqət tələb edir, çünki qlobal enerji təhlükəsizliyinin və beynəlxalq bazarların sabitliyinin təməli kimi gəmiçilik azadlığı təmin edilməlidir. "Biz beynəlxalq təşkilatlarda koordinasiyanı gücləndirmək, ərzaq təhlükəsizliyi və tədarüklərin sabitliyi sahəsində əməkdaşlığı genişləndirmək barədə razılığa gəldik", - o vurğulayıb.

Onun sözlərinə görə, Ukrayna praktiki həllər təklif etməyə, xüsusən təhlükəsizlik təhdidlərinə qarşı mübarizə və dayanıqlığın gücləndirilməsi sahəsində təcrübəsini bölüşməyə hazırdır.


10 Sent 2026
Dünya

Çində gəmi yanğını faciəsi: Ölənlərin sayı 25-ə yüksəldi - VİDEO

ÇXR-də təmirdə olan xarici gəmidə baş verən yanğın nəticəsində 25 nəfər həyatını itirib.

10 Sent 2026
Dünya

Peruda zəlzələ baş verib

Perunun şimal-qərbində 5.4 bal gücündə zəlzələ baş verib.

10 Sent 2026
Dünya

Nepalda ölənlərin sayı 1374-ə çatdı

Nepalın Çinlə sərhəd ərazisində baş verən güclü torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 1374 nəfərə çatıb.

10 Sent 2026
Dünya

Konqoda Ebola epidemiyası: Ölənlərin sayı artdı

Konqo Demokratik Respublikasında (KDR) Ebola epidemiyası səbəbindən ölənlərin sayı artıb.

10 Sent 2026
Dünya

Avropada qaz bahalaşır: Son dörd ilin REKORDU

9 sentyabr tarixində keçirilən hərracların gedişatında Avropa birjalarında qazın dəyəri 2022-ci ilin dekabr ayından bu yana ilk dəfə olaraq min kubmetr üçün 950 dollar həddini aşıb.