Mərkəzi Nəbatat bağında gənc rəssamların sərgisi keçirilib

Mərkəzi Nəbatat bağında gənc rəssamların sərgisi keçirilib
06 May 2026 13:04

Son illər ölkə başısı cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində Bakının yeni istirahət parklari ilə zənginləşdirilməsinə, paytaxtımızın yaşıllıqlar şəhərinə çevrilməsinə çox böyük önəm verilir.

Milli.Az xəbər verir ki, qlobal ekoloji böhran fonunda şəhərlərin qədimliyinin qorunması ilə yanaşı, müasirləşməsi və ətraf mühitin qorunması, problemlərin həlli istiqamətində paytaxtda genişmiqyaslı tədbirlər görülür.

Bu qəbildən paytaxtımızın mərkəzində əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilmiş Mərkəzi Nəbatat bağı şəhər sakinləri və qonaqların sevimli gəzinti və istirahət məkanına çevrilib. Burada təşkil edilən kütləvi tədbir və ekskursiyalar parkı insanlar üçün daha cəlbedici edir.

Xalqımızın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 103 illiyi olə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin humanitar şöbəsi,Azərbaycan Rəssamlıq Akademiyası və Mərkəzi Nəbatat Bağınin birgə təşkil etdiyi "Mən fəxr edirəm ki, Azərbaycanlıyam" mövzusunda sərgi-müsabiqə Ulu Öndərin əziz xatirəsinə həsr edilib.

Tədbirin əvvəlində Azərbaycan Dövlət Filarmoniyasının orkestrinin ifasında konsertproqramı təqdim edilib. 

Rəssamlıq Akademiyasının müəllim və tələbələri, gənc rəssamlar, ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən sərgidə Akademiyanın 25 tələbəsinin rəsm, heykəltəraşlıq və xalçaçılıq işləri nümayiş etdirilib.

Tədbir iştirakçıları qarşısında çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Elmin İmanov, Mərkəzi Nəbatat Bağının direktoru Əli Cəfərov, Rəssamlıq Akademiyasının prorektoru, Xalq rəssamı Səlhab Məmmədov, Akademiyanın tələbəsi Aygün Xanalıyeva  sərgi-müsabiqəninəhəmiyyəti, onun gənc rəssamlar arasında maraqla qarşılanması, yeniyetmə və gənclərdə incəsənətin müxtəlif növlərinə olan marağın artmasında böyük rol oynadığını bildiriblər.

Sərgidə nümayiş etdirilən rəsm, heykəltəraşlıq və xalçaçılıq əsərləri Azərbaycan Rəssamlıq Akademiyasının münsiflər heyəti tərəfindən qiymətləndirilib və ilk üç yerin qalibləri müəyyənləşdirilib. Cahan Musayeva birinci yerə, Aydan Qurbanova ikinci yerə və  Nərmin Nadirovaüçüncü yerə layiq görülüblər.

Sərginin  qaliblərinə pul mükafatları və sertifikatlar, digər iştirakçılara  həvəsləndirici hədiyyələr təqdim edilib.


10 Sent 2026
Cəmiyyət

Şükürbəyli kəndinə köçürülən ailələrə evlərinin açarları təqdim olunub - FOTO

Bu gün növbəti köç karvanı ilə Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatan ailələrə evlərinin açarları təqdim olunub.

10 Sent 2026
Cəmiyyət

Daha 25 ailə Cəbrayılın Şükürbəyli kəndinə çatıb - FOTO

Növbəti köç karvanı Cəbrayılın Şükürbəyli kəndinə çatıb.

10 Sent 2026
Cəmiyyət

Sabah 28 dərəcə isti olacaq - 11.09.2026

Sentyabrın 11-də gözlənilən hava şəraiti açıqlanıb.

10 Sent 2026
Cəmiyyət

Azərbaycan 140-dan çox ölkəyə beynəlxalq yardım göstərib

Son 15 il ərzində 140-dan çox ölkə Azərbaycanın beynəlxalq yardımından faydalanıb.

10 Sent 2026
Cəmiyyət

Milli Məclisdə komitə iclaslarının vaxtı AÇIQLANDI

Milli Məclisin 2026-cı il payız sessiyası çərçivəsində keçiriləcək ilk komitə iclaslarının vaxtı açıqlanıb.