Mayın 7-də gözlənilən atmosfer şəraiti açıqlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Temperatur gecə 11-14° isti, gündüz 18-23° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 65-75% olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv yağış, bəzi yerlərdə arabir duman olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimal edilir. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Bölgələrdə havanın temperaturu gecə 10-14° isti, gündüz 18-23° isti, dağlarda gecə 2-7° isti, gündüz 7-12°, bəzi yerlərdə 16° isti olacaq.
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının iştirakı ilə Özbəkistanda “Sonsuz qardaşlıq – V” çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi keçirilib.
2026-2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə keçirilmiş müsabiqənin nəticələrinə əsasən, müəyyən sayda dövlət sifarişli yerlər istifadə edilməmiş qalıb.
Azərbaycanda kənd yumurtasının qiyməti bahalaşıb. Paytaxt və bölgə bazarlarında əvvəllər 20-30 qəpiyə satılan kənd yumurtasının qiyməti hazırda 40 qəpiyə çatıb.