Şahdağa qar yağır

Şahdağa qar yağır
06 May 2026 12:14

Mayın 6-sı saat 11:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində arabir şimşək çaxır, yağış, Şahdağa isə qar yağır.

Trend Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, ayrı-ayrı yerlərdə intensiv xarakterlidir.

Səhər saatlarından Bakıda və Abşeron yarımadasında da yağış yağması müşahidə olunur.

Respublikanın rayonlarına düşən yağıntının miqdarı Lerikdə 8, Zaqatalada 6, Qax, Tovuzda 4, Sədərək, Gədəbəy, Ağstafa, Ceyrançöldə 3, Lənkəran, Astara, Yardımlı, Altıağac, Şəki, Balakəndə 2, Quba, Daşkəsən, Şahdağ, Şamaxı, Qobustan, Qusar, Xaçmaz, İmişli, Xaltan, Şabran, Göyçay, Zərdab, Kürdəmir, Sabirabad, Şahbuz, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Ordubadda 1 mm-dək qeydə alınır.

Neft daşları, Balakən, Daşkəsən, Altıağac, Qusar, Göygöl, Şəki, Şamaxı, Xaltanda duman müşahidə olunur, görünüş məsafəsi 500 m-dək məhdudlaşır.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 19, Naxçıvan MR-da 27, Aran rayonlarında 23, dağlıq rayonlarda 16 dərəcəyədək isti qeydə alınıb.


13 May 2026
Cəmiyyət

Sumqayıtda keçirilən WUF13 Festivalı ictimai proqramla yekunlaşıb - FOTO - VİDEO

Mayın 12-də Sumqayıt şəhərinin sakinləri və qonaqları arasında Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) barədə məlumatlılığın artırılması məqsədilə WUF13 Festivalı baş tutub.

13 May 2026
Cəmiyyət

Azərbaycan nefti BAHALAŞDI

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan nefti bahalaşıb.

13 May 2026
Cəmiyyət

Bu gün "Bakı-Xankəndi" Azərbaycan velosiped yarışının dördüncü mərhələsi keçiriləcək

"Bakı-Xankəndi" Azərbaycan beynəlxalq velosiped yarışının dördüncü mərhələsi start götürüb.