Naxçıvanda yeni qanun qəbul edildi

Naxçıvanda yeni qanun qəbul edildi
06 May 2026 11:25

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti hər il martın 31-dək Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yaz sessiyasında Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin fəaliyyəti haqqında hesabat verəcək.

Trend-in əldə etdiyi məlumata görə, bu, Ali Məclisin bugünkü plenar iclasında müzakirə olunan “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında” qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, Ali Məclis Nazirlər Kabinetinə onun səlahiyyətlərinə aid edilmiş məsələlərə dair sorğu ilə müraciət edə biləcək.

Ali Məclisin sorğusuna cavab Nazirlər Kabinetini təmsil edən səlahiyyətli şəxs tərəfindən Ali Məclisin iclasında 1 aydan gec olmayaraq təqdim ediləcək.

Ali Məclisin deputatlarının sorğularına cavab vermək üçün Nazirlər Kabinetinin iş qaydası ilə müəyyən edilmiş hallarda Nazirlər Kabinetinin üzvləri Ali Məclisin iclaslarında iştirak edəcəklər.

Ali Məclis tərəfindən Nazirlər Kabinetinə etimad göstərilməsi məsələsi Ali Məclis deputatlarının seçkiləri gününə 6 aydan az qaldıqda müzakirəyə çıxarıla bilməz.

Ali Məclis tərəfindən Nazirlər Kabinetinə etimad göstərilməsi məsələsi eyni məsələyə dair birinci müzakirədən yalnız 6 ay keçdikdən sonra təkrarən yenidən müzakirəyə çıxarıla biləcək.

Yeni qanunun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.


6 Okt 2026
Cəmiyyət

Özbəkistanda Azərbaycan, Türkiyə və Özbəkistan xüsusi təyinatlılarının birgə təlimi keçirilib (FOTO)

Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının iştirakı ilə Özbəkistanda “Sonsuz qardaşlıq – V” çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi keçirilib.

6 Okt 2026
Cəmiyyət

1870 tələbə ödənişsiz təhsil alacaq - DİM-dən açıqlama

2026-2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə keçirilmiş müsabiqənin nəticələrinə əsasən, müəyyən sayda dövlət sifarişli yerlər istifadə edilməmiş qalıb.

6 Okt 2026
Cəmiyyət

Kənd yumurtası bahalaşdı

Azərbaycanda kənd yumurtasının qiyməti bahalaşıb. Paytaxt və bölgə bazarlarında əvvəllər 20-30 qəpiyə satılan kənd yumurtasının qiyməti hazırda 40 qəpiyə çatıb.

6 Okt 2026
Cəmiyyət

Sabah Azərbaycanda intensiv yağış yağacaq - 07.10.2026

Azərbaycan ərazisində oktyabrın 6-da gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

6 Okt 2026
Cəmiyyət

Laçında daha üç su elektrik stansiyası tikilir (FOTO/VİDEO)

“AzərEnerji” tərəfindən Laçın rayonunda ümumi gücü 10,7 meqavat olan daha üç su elektrik stansiyası inşa edilir.