Hörmüz boğazında hərəkət edən yük gəmisi mərmi zərbəsinə məruz qalıb.
Oxu.Az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) "X" hesabında məlumat yayıb.
"Təsdiqlənmiş mənbədən alınan xəbərə əsasən, naməlum mərmi yük gəmisinə dəyib", - deyə qurumun açıqlamasında qeyd olunub.
Bu hadisənin hansı fəsadlara və dağıntılara yol açdığı barədə hər hansı təfərrüat yoxdur.

Bu gün Avstriyanın paytaxtı Vyana şəhərində Bakı vaxtı ilə saat 23:00-da "Avroviziya" mahnı müsabiqəsinin birinci yarımfinalı keçiriləcək.
İran ordusu Hörmüz boğazı akvatoriyasında donanmanın nəzarət etdiyi ərazinin miqyasını böyüdüb.
Amerika Birləşmiş Ştatlarında hantavirusa yoluxma şübhəsi ilə daha iki nəfər karantinə yerləşdirilib və hazırda həkimlərin nəzarətindədirlər.