İran hakimiyyəti Hörmüz boğazından keçən gəmilər üçün yeni keçid sisteminin tətbiq olunduğunu açıqlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə ölkənin dövlət televiziyası məlumat yayıb.
Məlumata görə, bundan sonra boğazdan keçmək istəyən gəmilər əvvəlcə İran tərəfini məlumatlandırmalı, daha sonra isə hərəkət qaydalarını əks etdirən elektron bildiriş almalıdır.
* SEPAH Hörmüz boğazından keçən gəmilərə xəbərdarlıq etdi
Bu qaydaları qəbul edən gəmilərə Hörmüz boğazından keçid üçün tranzit icazəsi veriləcək.
Qeyd olunur ki, bu icazələr xüsusi olaraq yaradılmış yeni qurum tərəfindən təqdim ediləcək.
Bu gün Avstriyanın paytaxtı Vyana şəhərində Bakı vaxtı ilə saat 23:00-da "Avroviziya" mahnı müsabiqəsinin birinci yarımfinalı keçiriləcək.
İran ordusu Hörmüz boğazı akvatoriyasında donanmanın nəzarət etdiyi ərazinin miqyasını böyüdüb.