Övladı birinci sinfə gedəcək valideynlərin NƏZƏRİNƏ

Övladı birinci sinfə gedəcək valideynlərin NƏZƏRİNƏ
06 May 2026 09:57

Bu gün saat 15:00-dan etibarən 2026-2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilir.

Oxu.Az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.

Bildirilib ki, qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə aparılacaq. Valideynlər eyni tarixdən başlayaraq məktəb və müəllim seçimini həyata keçirə biləcəklər.

Seçim mərhələsi iyunun 5-i saat 11:00-dək davam edəcək. Prioritet bölgələr sırasında Abşeron, Bakı, Sumqayıt, Gəncə və Naxçıvan şəhərləri yer alır.

Tədrisi digər dillərdə aparılan bölmələr üzrə isə müsahibəyə qeydiyyat mayın 6-sı saat 11:00-da başlayacaq və mayın 18-i saat 18:00-dək davam edəcək.

Müsabiqə yolu ilə qəbul aparılan məktəblər üçün qeydiyyat mayın 6-sı saat 15:00-dan iyunun 5-i saat 18:00-dək açıq olacaq. Bu kateqoriyaya Bakı Avropa Liseyi, Respublika İncəsənət Gimnaziyası və Bülbül adına orta ixtisas musiqi məktəbi daxildir.

Uşaqların birinci sinfə elektron qəbulu ölkənin bütün şəhər və rayonlarının ümumi təhsil müəssisələrini əhatə edir.

Qeyd edilib ki, bu il Azərbaycan bölməsi üzrə 81 minə yaxın uşaq məktəbəhazırlıq qrupundan avtomatik olaraq I sinfə keçirilib.

"Diqqətə çatdırılır ki, birinci sinfə qeydiyyat zamanı uşaqların şəxsiyyət vəsiqəsinin olması mütləqdir.

Uşaqların məktəbə qəbulunda hər bir valideyn üçün əlçatanlığın təmin edilməsi əsas hədəflərdəndir", - məlumatda vurğulanıb.


13 May 2026
Cəmiyyət

Azərbaycan nefti BAHALAŞDI

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan nefti bahalaşıb.

13 May 2026
Cəmiyyət

Bu gün "Bakı-Xankəndi" Azərbaycan velosiped yarışının dördüncü mərhələsi keçiriləcək

"Bakı-Xankəndi" Azərbaycan beynəlxalq velosiped yarışının dördüncü mərhələsi start götürüb.

13 May 2026
Cəmiyyət

Bakıda iri anbarda baş verən yanğın barədə SON MƏLUMAT - FOTO - VİDEO

Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda baş vermiş yanğın söndürülüb.