Uzun illər itkin kimi qeydiyyatda olan Füzuli rayon sakinlərinin taleyinə aydınlıq gətirilib.
Oxu.Az "Teleqraf"a istinadən xəbər verir ki, aparılan araşdırmalar nəticəsində 33 il əvvəl itkin düşmüş üç nəfərin nəşinin qalıqları müəyyən edilib.
Məlumata görə, Zaur İmamqulu oğlu Sadıqov 1973-cü ildə Füzuli rayonunun İşıqlı kəndində anadan olub. O, 1993-cü il iyulun 22-də itkin düşmüşdü.
Digər itkin şəxs, Ələddin Həzi oğlu Həziyev də 1973-cü ildə İşıqlı kəndində anadan olub. Onun 1993-cü il iyulun 2-də itkin düşdüyü bildirilir.
Rafiq Şakir oğlu Cəfərov isə 1973-cü ildə rayonun Aşağı Əbdürrəhmanlı kəndində anadan olub. O, 1993-cü il avqustun 23-də itkin düşmüşdü.
Bildirilir ki, hər üç şəxsin nəşinin qalıqları 15 may tarixində dəfn olunacaq.
Qeyd edək ki, itkin düşmüş şəxslərin taleyinin araşdırılması istiqamətində müvafiq qurumlar tərəfindən işlər davam etdirilir.
Mayın 12-də Sumqayıt şəhərinin sakinləri və qonaqları arasında Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) barədə məlumatlılığın artırılması məqsədilə WUF13 Festivalı baş tutub.
Laçın rayonunda yeni yaşayış məhəlləsi salınacaq.
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan nefti bahalaşıb.