İlham Əliyev Kaya Kallasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - FOTO

İlham Əliyev Kaya Kallasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - FOTO
06 May 2026 09:49

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 5-də Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, söhbət zamanı Prezident İlham Əliyevin Kaya Kallasla görüşləri məmnunluqla xatırlandı, onun 2025-ci ildə ölkəmizə səfəri zamanı əməkdaşlığın genişləndirilməsi ilə bağlı səmərəli müzakirələrin aparıldığı qeyd edildi.

Kaya Kallas Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Antonio Koştaya çatdırmağı xahiş etdi.

Kaya Kallas Antonio Koştanın ölkəmizə səfəri zamanı dövlətimizin başçısı və Avropa İttifaqı Şurasının Prezidenti tərəfindən birgə bəyanatın qəbul edilməsinin, həmin sənəddə Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin strateji xarakterinin vurğulanmasının əhəmiyyətinə toxundu.

Qonaq Azərbaycanın Avropa İttifaqı üçün vacib tərəfdaş olduğunu dedi.

Prezident İlham Əliyev ölkəmizlə Avropa İttifaqı arasında enerji, bağlantılar, təhlükəsizlik, ticarət və digər sahələrdə əməkdaşlığın perspektivlərinə toxundu. Dövlətimizin başçısı Avropa İttifaqının Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri, eyni zamanda, ölkəmizin isə enerji təhlükəsizliyinin təmin olunması baxımından həmişə Avropa İttifaqının etibarlı tərəfdaşı olduğunu vurğuladı. Bu xüsusda dövlətimizin başçısı qeyd etdi ki, bu yaxınlarda Azərbaycan qazı Avropa İttifaqının daha iki üzv ölkəsinə - Almaniyaya və Avstriyaya çatıb.

Söhbət zamanı Azərbaycan-Ermənistan sülh prosesinə toxunuldu, ölkəmizin sülh gündəliyinin gücləndirilməsi istiqamətində atdığı addımlar vurğulandı. Azərbaycanla Ermənistan arasında artıq iqtisadi-ticari münasibətlərin yaradıldığı qeyd edilərək, bu xüsusda ölkəmizin Ermənistana gedən tranzit yüklərlə bağlı məhdudiyyəti birtərəfli qaydada aradan qaldırdığı bildirildi. Ötən gün İrəvanda keçirilmiş "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısında Azərbaycan Prezidentinin videobağlantı formatında iştirakı tarixi hadisə kimi dəyərləndirildi.

Görüşdə vurğulandı ki, hazırda Azərbaycanla Avropa İttifaqının gündəliyində rəqəmsal transformasiya, süni intellekt, bərpaolunan enerji və digər sahələrdə əməkdaşlıqla bağlı məsələlər var.

Söhbət zamanı Avropa İttifaqının minatəmizləmə sahəsində Azərbaycana dəstəyi təqdir edildi, TRIPP layihəsinin fəaliyyətə başlaması ilə onun regionda bağlantılar baxımından yaxşı imkanlar yaradacağı qeyd olundu.

Dövlətimizin başçısı və Kaya Kallas Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının perspektivlərini və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə etdilər.

 

 


13 May 2026
Siyasət

Azərbaycan və Türkiyə arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Mayın 12-də Ankara şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) və Türkiyə Respublikasının Xarici İşlər Nazirliyi arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib.

13 May 2026
Siyasət

Bu bazar imtahan VAR

Dövlət İmtahan Mərkəzi mayın 17-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirəcək.

13 May 2026
Siyasət

Zakir Həsənov Slovakiyada müdafiə sərgisində iştirak edib - FOTO

Slovakiya Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Bratislava Beynəlxalq Müdafiə Sərgisi (IDEB) Konfransında, həmçinin Müdafiə və Təhlükəsizlik Sərgisində iştirak edib.

13 May 2026
Siyasət

WUF13 Könüllülük Proqramı çərçivəsində məkan təlimləri başa çatıb - FOTO - VİDEO

10-11 may tarixlərində Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) üzrə Könüllülər Proqramı çərçivəsində təşkil olunan məkan təlimləri başa çatıb.

13 May 2026
Siyasət

Slovakiya Milli Şurasının sədri Azərbaycana gəlib

Mayın 12-də Slovakiya Respublikası Milli Şurasının sədri Rixard Raşi Azərbaycana rəsmi səfərə gəlib.