Azərbaycan və Ekvador arasında diplomatik, rəsmi və xidməti pasport sahibləri viza tələbindən azad edilir.
Oxu.Az xəbər verir ki, bununla bağlı xarici işlər nazirinin müavini Elnur Məmmədovun Ekvadora səfəri çərçivəsində saziş imzalanıb.
Həmçinin səfər zamanı paytaxt Kito şəhərində Azərbaycan Xarici İşlər Nazirliyi və Ekvador Xarici İşlər və İnsan Mobilliyi Nazirliyi arasında ilk siyasi məsləhətləşmələr keçirilib.
Dövlət İmtahan Mərkəzi mayın 17-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirəcək.
Slovakiya Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Bratislava Beynəlxalq Müdafiə Sərgisi (IDEB) Konfransında, həmçinin Müdafiə və Təhlükəsizlik Sərgisində iştirak edib.
10-11 may tarixlərində Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) üzrə Könüllülər Proqramı çərçivəsində təşkil olunan məkan təlimləri başa çatıb.