Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Avropa İttifaqının ali nümayəndəsi Kaya Kallas arasında geniştərkibli formatda görüş keçirilib.
Bu barədə Oxu.Az Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir.
Belə ki, tərəflər Azərbaycan və Avropa İttifaqı arasında münasibətlərin bütün istiqamətlərini əhatə edən hərtərəfli müzakirələr aparıblar. Bu çərçivədə siyasi dialoq, hüquqi və institusional əməkdaşlıq, həmçinin ikitərəfli tərəfdaşlıq gündəliyinin gələcək inkişaf perspektivləri nəzərdən keçirilib.
Görüşdə enerji əməkdaşlığına xüsusi diqqət yetirilib. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfə verən etibarlı təchizatçı kimi rolu, eləcə də bərpa olunan enerji sahəsində əməkdaşlıq məsələləri vurğulanıb.
Bununla yanaşı, ticarət və investisiyalar, iqtisadiyyatın şaxələndirilməsi, rəqəmsallaşma, innovasiya və sənaye əməkdaşlığı, həmçinin nəqliyyat və logistika əlaqələri müzakirə olunub.
Xüsusilə Orta Dəhlizin inkişafı və regional infrastruktur layihələri diqqət mərkəzində olub.
Bildirilib ki, tərəflər həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələlərini, o cümlədən post-münaqişə dövründə vəziyyəti, yenidənqurma və bərpa işlərini, humanitar minatəmizləmə fəaliyyətlərini və Cənubi Qafqazda davam edən normallaşma prosesini müzakirə ediblər.
Dayanıqlı sülh və sabitliyin təmin olunmasının vacibliyi vurğulanıb.
Mayın 8-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun rəhbərliyi ilə İqtisadi Şuranın növbəti iclası keçirilib.
Azərbaycan Respublikasının Nazirlər Kabineti "Elektron icra" informasiya sistemi haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə qərar qəbul edib.
Rusiya Prezidenti Vladimir Putin Böyük Vətən Müharibəsində Qələbənin 81-ci ildönümü münasibətilə Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, Abxaziya, Cənubi Osetiya liderlərinə, eləcə də Gürcüstan və Moldova xalqlarına təbrik məktubları göndərib.
"Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında qarşılıqlı hörmət və anlaşmaya əsaslanan əlaqələrin yüksələn xətt üzrə inkişaf etməsi və gündən-günə yeni məzmun qazanması məmnunluq doğurur. Bu əlaqələr dünyada dinlərarası harmoniya və mədəni müxtəlifliyin təşviqinə, sivilizasiyalar arasında qarşılıqlı etimad mühitinin yaradılması kimi xoşməramlı niyyətlərə xidmət edir".