Bakı metrosundan apreldə 20 milyondan çox sərnişin istifadə edib

Bakı metrosundan apreldə 20 milyondan çox sərnişin istifadə edib
05 May 2026 12:02

"Bakı Metropoliteni" QSC bu ilin aprel ayında 20 510 029 sərnişinə xidmət edib.

"Report" səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, bu göstərici keçən ilin eyni dövrü ilə müqayisədə 0,11 % çoxdur.

Məlumata görə, aprelin lideri "Koroğlu" stansiyası olub. Ay ərzində stansiyanın 1 824 773 istifadəçisi olub.

Bu ilin ilk 4 ayı üzrə ən çox sərnişin daşınan 3 günün 2-si məhz aprelə təsadüf edir. Belə ki, 3 aprel – 819 536, 18 fevral – 818 376, 2 aprel – 802 283 sərnişin səfər edib.

Bundan başqa, NFC ilə ödənişlərdə artım davam edir. Belə ki, aprel ayında 8 057 376 nəfər bu ödəniş vasitəsindən istifadə edib. Bu, ümümi ödənişli sərnişinlərin 40,3 %-ni təşkil edir.

Ötən ay "Əlçatan metro" xidmətindən istifadə edənlərin sayı artıb və 236 sifariş həyata keçirilib. Bu göstərici ötən ilin eyni ayına nəzərən 35,6 % daha çox olub.


8 May 2026
Cəmiyyət

Naxçıvanda Heydər Əliyevin doğum gününə həsr olunmuş şahmat turnirinin qalibləri bəlli olub

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən silsilə idman tədbirləri keçirilir.

8 May 2026
Cəmiyyət

Aprelin 12-də keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə aprelin 12-də keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub.

8 May 2026
Cəmiyyət

Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyevin doğum günüdür

Mayın 8-i Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik İlqar Mirzəyevin doğum günüdür.

8 May 2026
Cəmiyyət

3 gün iş OLMAYACAQ

Gələn həftə 3 gün iş olmayacaq.

8 May 2026
Cəmiyyət

Qanunsuz saxlanılan silah-sursat aşkarlanıb

Mayın 7-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 4 tapança, 7 qumbara, 8 alışdırıcı, 3 tüfəng, 32 patron darağı və 925 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.