Xalq artisti Adil İsgəndərovun doğum günüdür - VİDEO

Xalq artisti Adil İsgəndərovun doğum günüdür - VİDEO
05 May 2026 10:13

Mayın 5-də Xalq artisti Adil İsgəndərovun doğum günü qeyd olunur.

Oxu.Az xatırladır ki, A.İsgəndərov 1910-cu il mayın 5-də Gəncə şəhərində anadan olub.

Teatr Texnikumu və A.V.Lunaçarski adına Moskva Dövlət Teatr Sənəti İnstitutunda təhsil alıb, Moskvadakı Bədaye Teatrında rejissorluq təcrübəsi keçib.

1936-cı ildə Akademik Dövlət Teatrına qədəm basan Adil İsgəndərov çox keçməyib ki, bu sənət məbədinə baş rejissor, sonra isə direktor seçilib və 25 ilə yaxın bir dövrdə bu teatrda öz məktəbini yaradıb.

Rejissor debütü olan "Polad qartal" (1936) tamaşası sənət adamlarında, tamaşaçılarda əsl heyrət doğurub. Bir-birinin ardınca Adil İsgəndərov "Platon Kreçet", "Həyat", "Vaqif" tamaşalarına quruluş verib.

1966-cı ilə qədər kinoda aktyor kimi çalışıb. İlk dəfə Hüseyn Seyidzadə Adil İsgəndərova "O olmasın, bu olsun" filmində "Qoçu" rolunu verib.

1958-ci ildə "Uzaq sahillərdə" filmində "Sahibkar Rosselini"nin rolunu böyük istedadla yaradıb.

Ancaq kinoda aktyor kimi onun ən uğurlu işi "Axırıncı aşırım" filmində yaratdığı "Kərbəlayı İsmayıl" olub. Adil İsgəndərov bu roluna görə Ümumittifaq festivalının "Kişi rolunun ən yaxşı ifasına görə" nominasiyasının qalibi olub.

 

 

Adil İsgəndərovun quruluş verdiyi yeganə film "Əhməd haradadır?" olub.

Onun kinoda son aktyor işi isə "Arxadan vurulan zərbə" filmindəki "Prokuror Dadaşlı" obrazı olub. Bu obrazla aktyor nə qədər böyük istedad sahibi olduğunu bir daha təsdiqləyib.

 

 

Kinostudiyadakı fəaliyyəti dövründə yaradıcı və texniki heyətin potensialına yaxından bələd olan Adil İsgəndərov 1966-cı ildə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasına rəhbər təyin edilib, 1974-cü ilə qədər bu vəzifədə çalışıb.

"Bir cənub şəhərində", "Bizim Cəbiş müəllim", "Yeddi oğul istərəm", "Nəsimi", "Şərikli çörək", "Axırıncı aşırım", "Ulduzlar sönmür", "Səmt küləyi" və digər dəyərli sənət əsərləri məhz Adil İsgəndərovun kinostudiyaya rəhbərlik etdiyi dövrdə yaradılıb.

A.İsgəndərov 1978-ci il sentyabrın 18-də dünyasını dəyişib. II Fəxri xiyabanda dəfn olunub.


8 May 2026
Cəmiyyət

Naxçıvanda Heydər Əliyevin doğum gününə həsr olunmuş şahmat turnirinin qalibləri bəlli olub

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən silsilə idman tədbirləri keçirilir.

8 May 2026
Cəmiyyət

Aprelin 12-də keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə aprelin 12-də keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub.

8 May 2026
Cəmiyyət

Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyevin doğum günüdür

Mayın 8-i Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik İlqar Mirzəyevin doğum günüdür.

8 May 2026
Cəmiyyət

3 gün iş OLMAYACAQ

Gələn həftə 3 gün iş olmayacaq.

8 May 2026
Cəmiyyət

Qanunsuz saxlanılan silah-sursat aşkarlanıb

Mayın 7-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 4 tapança, 7 qumbara, 8 alışdırıcı, 3 tüfəng, 32 patron darağı və 925 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.