Prezident İlham Əliyevin Corcia Meloni ilə geniş tərkibdə görüşü olub - FOTO - VİDEO

Prezident İlham Əliyevin Corcia Meloni ilə geniş tərkibdə görüşü olub - FOTO - VİDEO
05 May 2026 10:01

Mayın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikası Nazirlər Şurasının sədri Corcia Meloni ilə geniş tərkibdə görüşü olub.

Oxu.Az AZƏRTAC-a istinadla xəbər verir ki, görüşdə çıxış edən Prezident İlham Əliyev deyib:

 

 

- Xanım Baş nazir, nümayəndə heyətinin üzvləri, bir daha xoş gəlmisiniz. Bizim müxtəlif aspektlər üzrə mükəmməl danışıqlarımız oldu. İndi danışıqlarımızı geniş tərkibdə davam etdirəcəyik. Əvvəlcə bizimlə bir yerdə olduğunuz üçün Sizə bir daha təşəkkür edirəm. Bu səhər, hətta dünəndən bəri necə məşğul olduğunuzu bilirəm. Ermənistandan gələrək bizi ziyarət etməyiniz çox rəmzi məna daşıyır. Bu, bir daha Azərbaycana dost münasibətin olduğunu göstərir. Bizim də İtaliyaya eyni münasibətimiz var. Sizin bugünkü səfəriniz strateji münasibətlərimizin inkişafında çox həlledici olacaq. Bir daha xoş gəlmisiniz.

İtaliya Nazirlər Şurasının sədri Corcia Meloni çıxış edərək deyib:

- Çox sağ olun, hörmətli Prezident. Burada olmaq mənim üçün şərəfdir və məndə məmnunluq hissi doğurur. Hesab edirəm ki, buraya gəlmək vacib idi, çünki Azərbaycan İtaliya üçün çox vacib tərəfdaşdır. Lakin buna baxmayaraq, mənə məlum oldu ki, 2013-cü ildən bəri İtaliyanın Baş naziri buraya səfər etməyib. Bu da mənə kifayət qədər qəribə görünür. Ona görə hesab edirəm ki, bu səfəri etmək həqiqətən vacib idi, çünki bizim əməkdaşlığımız həqiqətən də çox genişdir. Biz bir çox strateji sahələr üzrə əməkdaşlıq edirik, - əlbəttə ki, enerji, infrastruktur, bağlantı və mədəniyyət.

İtaliya Respublikası Prezidentinin Azərbaycana səfəri həm də bizim mədəni əlaqələrimizin və universitetlə bağlı aparılmış işin nümayiş etdirilməsi nöqteyi-nəzərindən əlamətdar bir hadisə idi. Lakin hesab edirəm ki, biz həmişə birlikdə daha çox iş görə bilərik. Fikrimizcə, Azərbaycan bizim beynəlxalq müstəvidə çətin vəziyyətdə olmağımıza baxmayaraq, strateji tərəfdaşımızdır. Eyni zamanda, Azərbaycan körpü rolunu oynayır. Biz bu körpünün rolunu elan etmək istəyirik. Bu körpü buradan Aralıq dənizi regionuna qədər çox uzun bir körpü ola bilər.


13 May 2026
Siyasət

Bu bazar imtahan VAR

Dövlət İmtahan Mərkəzi mayın 17-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirəcək.

13 May 2026
Siyasət

Zakir Həsənov Slovakiyada müdafiə sərgisində iştirak edib - FOTO

Slovakiya Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Bratislava Beynəlxalq Müdafiə Sərgisi (IDEB) Konfransında, həmçinin Müdafiə və Təhlükəsizlik Sərgisində iştirak edib.

13 May 2026
Siyasət

WUF13 Könüllülük Proqramı çərçivəsində məkan təlimləri başa çatıb - FOTO - VİDEO

10-11 may tarixlərində Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) üzrə Könüllülər Proqramı çərçivəsində təşkil olunan məkan təlimləri başa çatıb.

13 May 2026
Siyasət

Slovakiya Milli Şurasının sədri Azərbaycana gəlib

Mayın 12-də Slovakiya Respublikası Milli Şurasının sədri Rixard Raşi Azərbaycana rəsmi səfərə gəlib.

13 May 2026
Siyasət

Prezident İlham Əliyevlə Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olub - VİDEO

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.