"Bizim üçün İtaliya bazarı həm neft, həm qaz üçün birinci dərəcəli əhəmiyyət daşıyır. Keçən il Azərbaycan 25 milyard kubmetr təbii qaz ixrac edib, onun 9.5 milyardı İtaliya bazarına ixrac edilmişdir".
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev İtaliya Nazirlər Şurasının sədri Corcia Meloni ilə mətbuata bəyanatında söyləyib.
Bu gün bu həcmin artırılması üçün müzakirələrin aparıldığını bildirən dövlətimizin başçısı qeyd edib: "Bunun üçün təbii ki, Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP layihəsinin genişləndirilməsi lazımdır. Artıq müəyyən dərəcədə genişləndirilib, amma bu proses davam edir".
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də Ağdam Sənaye Parkında "ASMC" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib.
“Azərbaycanın dövlətçilik tarixində elə hadisələr var ki, onların əhəmiyyəti konkret bir dövrün hüdudlarını aşaraq gələcək nəsillər üçün də milli qürur mənbəyinə çevrilir”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də Ağdam Sənaye Parkında "Komfy" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib.