News.ru: "İlham Əliyev Avropa Parlamentini Bakı ilə İrəvan arasında sülh prosesini sabotajda ittiham edib"

News.ru: "İlham Əliyev Avropa Parlamentini Bakı ilə İrəvan arasında sülh prosesini sabotajda ittiham edib"
04 May 2026 14:13

Azərbaycan Prezidenti İlham Əliyev "Avropa Siyasi Birliyi"nin toplantısında çıxışı zamanı avropalı deputatların Bakı ilə İrəvan arasında yekun razılaşmaların əldə edilməsinə mane olduqlarını bildirib.

Oxu.Az xəbər verir ki, bu barədə Rusiyanın News.ru saytında məlumat verilib.

Qeyd olunub ki, Azərbaycan lideri son beş il ərzində Avropa Parlamentinin Azərbaycan əleyhinə 14 qətnamə qəbul etdiyini vurğulayaraq, bunun ölkəyə qarşı qərəzli münasibətin göstəricisi olduğunu önə çəkib.

"Bu qurum sülh prosesini dəstəkləmək əvəzinə, faktiki olaraq onun sabotajı ilə məşğul olur", - deyə dövlət başçısı bildirib.

Buna cavab olaraq, Azərbaycan parlamenti artıq bütün əsas sahələrdə bu təşkilatla əməkdaşlığın tamamilə dayandırılması barədə qərar qəbul edib. Bundan əlavə, rəsmi Bakı milli maraqlarını qorumaq üçün Avronest Parlament Assambleyasından çıxmaq prosedurlarına başlayıb.


13 May 2026
Siyasət

WUF13 Könüllülük Proqramı çərçivəsində məkan təlimləri başa çatıb - FOTO - VİDEO

10-11 may tarixlərində Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) üzrə Könüllülər Proqramı çərçivəsində təşkil olunan məkan təlimləri başa çatıb.

13 May 2026
Siyasət

Slovakiya Milli Şurasının sədri Azərbaycana gəlib

Mayın 12-də Slovakiya Respublikası Milli Şurasının sədri Rixard Raşi Azərbaycana rəsmi səfərə gəlib.

13 May 2026
Siyasət

Prezident İlham Əliyevlə Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olub - VİDEO

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

13 May 2026
Siyasət

Hikmət Hacıyev WUF13-ə hazırlıqla bağlı paylaşım edib

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasına (WUF13) hazırlıqla bağlı paylaşım edib.

13 May 2026
Siyasət

Prezidentin sosial şəbəkə hesablarında WUF13-lə bağlı görülən işlərlə tanışlığı barədə videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Bakı Olimpiya Stadionunun ərazisində WUF13-lə bağlı görülən işlərlə tanışlığı barədə videoçarx paylaşılıb.