Azərbaycan Prezidenti: "Təəssüf ki, ikili standartlar bu gün AŞPA üçün bir növ iş üsuludur"

Azərbaycan Prezidenti: "Təəssüf ki, ikili standartlar bu gün AŞPA üçün bir növ iş üsuludur"
04 May 2026 13:14

"2023-cü ilin sentyabrında Azərbaycan Qarabağda separatizmə son qoydu. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş və 30 il kağız üzərində qalan 4 qətnaməsini biz özümüz həyata keçirdik. Bundan dörd ay sonra AŞPA nümayəndə heyətimizə qarşı sanksiyalar tətbiq etdi".

Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxışında söyləyib.

"Təəssüf ki, ikili standartlar bu gün AŞPA üçün bir növ iş üsuludur. Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkəninki ilə eyni dəyərə malikdir və bu məsələdə ikili standartlar qəbuledilməzdir", - deyə dövlətimizin başçısı vurğulayıb.


13 May 2026
Siyasət

Azərbaycan və Türkiyə arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Mayın 12-də Ankara şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) və Türkiyə Respublikasının Xarici İşlər Nazirliyi arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib.

13 May 2026
Siyasət

Bu bazar imtahan VAR

Dövlət İmtahan Mərkəzi mayın 17-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirəcək.

13 May 2026
Siyasət

Zakir Həsənov Slovakiyada müdafiə sərgisində iştirak edib - FOTO

Slovakiya Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Bratislava Beynəlxalq Müdafiə Sərgisi (IDEB) Konfransında, həmçinin Müdafiə və Təhlükəsizlik Sərgisində iştirak edib.

13 May 2026
Siyasət

WUF13 Könüllülük Proqramı çərçivəsində məkan təlimləri başa çatıb - FOTO - VİDEO

10-11 may tarixlərində Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) üzrə Könüllülər Proqramı çərçivəsində təşkil olunan məkan təlimləri başa çatıb.

13 May 2026
Siyasət

Slovakiya Milli Şurasının sədri Azərbaycana gəlib

Mayın 12-də Slovakiya Respublikası Milli Şurasının sədri Rixard Raşi Azərbaycana rəsmi səfərə gəlib.