"Azərbaycan ərazisindən Ermənistana 28 min ton yük çatdırılıb".
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxışında bildirib.
İlk dəfə olaraq Ermənistana neft məhsullarımızı, benzin və dizel yanacağını tədarük etməyə başladığımızı vurğulayan dövlətimizin başçısı vurğulayıb ki, indiyə qədər Ermənistana 12 min ton neft məhsulumuz ixrac edilib.
Slovakiya Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Bratislava Beynəlxalq Müdafiə Sərgisi (IDEB) Konfransında, həmçinin Müdafiə və Təhlükəsizlik Sərgisində iştirak edib.
10-11 may tarixlərində Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) üzrə Könüllülər Proqramı çərçivəsində təşkil olunan məkan təlimləri başa çatıb.
Mayın 12-də Slovakiya Respublikası Milli Şurasının sədri Rixard Raşi Azərbaycana rəsmi səfərə gəlib.