"Biz cəmi doqquz aydır ki, sülh şəraitində yaşayırıq və sülh şəraitində yaşamağı öyrənirik".
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxışında deyib.
Ötən ilin avqust ayında Vaşinqtonda, Ağ Evdə Ermənistan və Azərbaycan liderlərinin birgə bəyannamə imzaladıqlarını xatırladan dövlətimizin başçısı sülh əldə edildikdən sonra Azərbaycanın 1990-cı illərin əvvəllərində Ermənistana tətbiq edilən bütün tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırdığını vurğulayıb.
Mayın 12-də Ankara şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) və Türkiyə Respublikasının Xarici İşlər Nazirliyi arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib.
Dövlət İmtahan Mərkəzi mayın 17-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirəcək.
Slovakiya Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Bratislava Beynəlxalq Müdafiə Sərgisi (IDEB) Konfransında, həmçinin Müdafiə və Təhlükəsizlik Sərgisində iştirak edib.