Vətən müharibəsinin  şəhidi Arəstə Baxışovanın doğum günüdür

Vətən müharibəsinin şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2026 12:04

Mayın 4-ü Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür.

Oxu.Az xatırladır ki, Arəstə Kərim qızı Baxışova 1989-cu ildə Xaçmaz şəhərində doğulub.

Atası baş leytenant Kərim Baxışov Fövqəladə Hallar Nazirliyində Mühafizə İdarəsinin rəisi vəzifəsində çalışıb və Arəstənin dörd yaşı olarkən vəfat edib.

Arəstə Baxışova 1995-2004-cü illərdə Biləcəri qəsəbəsində yerləşən Şuşa şəhər 3 nömrəli tam orta məktəbdə təhsil alıb. 2004-2008-ci illərdə isə Azərbaycan Dövlət Pedaqoji Kollecində ingilis dili üzrə təhsil alıb. 2018-19-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Baş Hərbi Hospitalında tibbi statist olaraq çalışıb. 2019-cu il iyulun 12-dən isə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində operator vəzifəsində xidmət edib.

Arəstə Baxışova Vətən müharibəsi zamanı Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçilərə döyüş meydanında tibbi yardım göstərib. O, 23 oktyabr tarixində Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. Biləcəri qəsəbəsinin Şəhidlər xiyabanında dəfn olunub.

Prezident İlham Əliyevin sərəncamına əsasən, ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Vətən müharibəsinin tək qadın şəhidi olan Arəstənin Mərdan adında oğlu və Zəhra adında qızı yadigar qalıb.


8 May 2026
Cəmiyyət

Naxçıvanda Heydər Əliyevin doğum gününə həsr olunmuş şahmat turnirinin qalibləri bəlli olub

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən silsilə idman tədbirləri keçirilir.

8 May 2026
Cəmiyyət

Aprelin 12-də keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə aprelin 12-də keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub.

8 May 2026
Cəmiyyət

Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyevin doğum günüdür

Mayın 8-i Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik İlqar Mirzəyevin doğum günüdür.

8 May 2026
Cəmiyyət

3 gün iş OLMAYACAQ

Gələn həftə 3 gün iş olmayacaq.

8 May 2026
Cəmiyyət

Qanunsuz saxlanılan silah-sursat aşkarlanıb

Mayın 7-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 4 tapança, 7 qumbara, 8 alışdırıcı, 3 tüfəng, 32 patron darağı və 925 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.