Hindistanın Qucarat ştatındakı Narmada çayında turist qayığının qəzaya uğraması nəticəsində dörd nəfər həlak olub, 15 nəfər itkin düşüb.
Oxu.Az "Hindustan Times"a istinadən xəbər verir ki, qayığın göyərtəsində 35-40 nəfər olub.
İlkin məlumata görə, qayığın qəzaya uğramasına səbəb artıq yüklənmə ola bilər. Həmçinin qayığını əlverişsiz hava şəraiti səbəbindən aşması versiyası da nəzərdən keçirilir.
Hazırda hadisə yerində axtarış-xilasetmə işləri aparılır.
Bu gün Avstriyanın paytaxtı Vyana şəhərində Bakı vaxtı ilə saat 23:00-da "Avroviziya" mahnı müsabiqəsinin birinci yarımfinalı keçiriləcək.
İran ordusu Hörmüz boğazı akvatoriyasında donanmanın nəzarət etdiyi ərazinin miqyasını böyüdüb.