Fidanla ispaniyalı həmkarı arasında telefon danışığı olub

Fidanla ispaniyalı həmkarı arasında telefon danışığı olub
30 Apr 2026 10:49

Türkiyənin xarici işlər naziri Hakan Fidanla ispaniyalı həmkarı Xose Manuel Albares arasında telefon danışığı baş tutub.

"Report" xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Öncü Keçeli "X" sosial media hesabında məlumat paylaşıb.

Keçelinin sözlərinə görə, telefon danışığı zamanı İsrailin beynəlxalq sularda "Qlobal Sumud Donanması"na müdaxilə etməsi müzakirə olunub. Nazirlər İsrailin bu davranışının mülki şəxslərin həyatı üçün təhlükə törətdiyini bildiriblər.

"Beynəlxalq ictimaiyyətin hüquqazidd olan bu müdaxiləyə qarşı birgə mövqe sərgiləməyinin vacibliyinə diqqət çəkilib", - məlumatda vurğulanıb.

Qeyd edək ki, mediada İsrailin aprelin 29-da Qəzzaya humanitar yardım aparan 58 gəmidən ibarət "Qlobal Sumud Donanması"na müdaxilə etdiyinə dair məlumat yayılıb.


12 May 2026
Dünya

ABŞ-də hantavirusa yoluxanların sayı artır

Amerika Birləşmiş Ştatlarında hantavirusa yoluxma şübhəsi ilə daha iki nəfər karantinə yerləşdirilib və hazırda həkimlərin nəzarətindədirlər.

12 May 2026
Dünya

Çində yaşayış binasında yanğın: Ölənlər var

Çinin Hunan əyalətində yaşayış binasında baş verən yanğın nəticəsində beş nəfər həlak olub, iki nəfər xəsarət alıb.

12 May 2026
Dünya

Zelenski: Rusiya gecə ərzində Ukraynaya 200-dən çox PUA buraxıb

Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, ötən gecə Rusiya Ukrayna ərazisinə 200-dən çox pilotsuz uçuş aparatı (PUA) buraxıb.

12 May 2026
Dünya

Qızıl almaq istəyənlərə VACİB XƏBƏR - Qiymətlər dəyişdi

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb.

12 May 2026
Dünya

Niderlandda hantavirus xətası: 12 tibb işçisi karantinə alındı

Niderlandda tibb müəssisəsinin 12 işçisi altı həftəlik profilaktik təcridə yerləşdirilib. Buna səbəb onların hantavirusa yoluxmuş xəstə ilə davranış qaydalarını pozmaları olub.