Tolstoyun iki milyon səhifəlik əlyazmaları üçün yeni saxlama mərkəzi hazırlanır

Tolstoyun iki milyon səhifəlik əlyazmaları üçün yeni saxlama mərkəzi hazırlanır
30 Apr 2026 10:10

Rusiya Mədəniyyət Nazirliyi dahi yazıçı Lev Tolstoyun milyonlarla vərəqdən ibarət əlyazmalarının müasir standartlara uyğun qorunması və daha əlçatan olması məqsədilə yeni tədqiqat və saxlama mərkəzi inşa etməyi planlaşdırır.

Oxu.Az məlumat verir ki, hazırda ədibin 2 milyondan çox əlyazma səhifəsi Rusiya Rəssamlıq Akademiyasına məxsus və "polad otaq" kimi tanınan 49 kvadratmetrlik xüsusi seyfdə mühafizə olunur. Sözügedən arxiv 1921-ci ildən fəaliyyət göstərir və hazırda tədqiqatçıların istifadəsi üçün qapalıdır.

Ekspertlərin sözlərinə görə, mövcud məhdud və dar şərait bu nəhəng ədəbi irsin gələcək nəsillərə çatdırılması, eləcə də araşdırılması üçün yetərli deyil. Bundan əlavə, sənədlərin zədələnməsi təhlükəsi də mövcuddur.

Bu səbəbdən qabaqcıl texnoloji tələblərə cavab verən, daha geniş və müasir deponun yaradılması vacib hesab olunur.

Yeni mərkəzin yalnız arxiv kimi deyil, eyni zamanda rəqəmsallaşdırma, sərgi və elmi tədqiqat platforması kimi fəaliyyət göstərməsi gözlənilir.

Layihənin əsas məqsədi Tolstoyun zəngin irsini həm alimlər, həm də geniş ictimaiyyət üçün daha əlçatan və rahat formaya gətirməkdir.


8 May 2026
Dünya

Emomali Rəhmon Çinə səfər edəcək

Gələn həftə Tacikistan prezidenti Emomali Rəhmon dövlət səfəri ilə Çinə gedəcək.

8 May 2026
Dünya

İran BƏƏ-yə raket və PUA hücumu etdi - Yaralananlar var

Bu gün İran tərəfindən Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) 2 ballistik raket və 3 pilotsuz uçuş aparatı atılıb.

8 May 2026
Dünya

Rusiyada daha bir neft emalı zavodu VURULDU

Rusiyanın atəşkəs elanından sonra Ukrayna Yaroslavl vilayətindəki neft emalı zavoduna PUA zərbələri endirib.

8 May 2026
Dünya

Lukaşenko Moskvaya getdi

Belarus Prezidenti Aleksandr Lukaşenko 9 May - Faşizm üzərində qələbənin ildönümü ilə bağlı keçiriləcək paradda iştirak etmək üçün Moskvaya gedib.

8 May 2026
Dünya

İndoneziyada vulkan püskürməsi nəticəsində iki alpinist öldü - VİDEO

İndoneziyada Dukono vulkanının püskürməsi nəticəsində iki əcnəbi turist həlak olub.