Azərbaycanlı avarçəkən Əlimurad Hacızadə "Prezident Kuboku 2026" beynəlxalq reqatasında Azərbaycana ilk medalı qazandırdığı üçün sevinclidir.
"Report"un Suqovuşana ezam olunan əməkdaşı xəbər verir ki, bunu birnəfərlik kayakda gümüş medal qazanan Əlimurad Hacızadə (2008-2009 təvəllüdlü idmançılar) deyib.
O, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən avarçəkmə və kanoe üzrə turnirdə gümüş medal qazanmasına münasibət bildirib:
"Hava şəraiti soyuq idi. Buna baxmayaraq, gücümü göstərə bildim. "Prezident Kuboku 2026"ya uzun müddətdir hazırlaşırdım. Turnirdə Azərbaycana ilk medalı qazandırdığım üçün sevincliyəm. Qızıl medal qazanmaq istəyirdim. Lakin ikinci yerə çıxdım. İnanıram ki, növbəti iki yarış günündə ölkəmiz qızıl medala sahib çıxacaq".
Qeyd edək ki, Əlimurad Hacızadə 200 metr məsafəyə yarışda gümüş medal qazanıb. Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən turnirdə Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançı iştirak edir. Reqata mayın 1-də başa çatacaq.
Bolqarıstanın Samokov şəhərində güləş üzrə U-17 Avropa çempionatı davam edir.
Rumıniyada keçirilən Fudokan karate üslubu üzrə 28-ci Avropa çempionatında Azərbaycan karateçisi Babək Qələmzadə böyüklər arasında mütləq çəki dərəcəsində Avropa çempionu adını qazanıb.
Almaniyanın Münhen şəhərində Parataekvondo üzrə Avropa çempionatına start verilib.
Bakıda yeniyetmə oğlan boksçular arasında "Heydər Əliyev Kuboku-2026" beynəlxalq turnirində yarımfinal mərhələsi yekunlaşıb. 8 ölkənin qatıldığı yarışda Azərbaycan millisinin 16 idmançısı finalda iştirak hüququ qazanıb.
Bakı Şəhər İcra Hakimiyyəti, Regional İnkişaf İctimai Birliyi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan Bakı şəhər rayonlarını əhatə edən məhəllələrarası 3x3 basketbol turnirinə yekun vurulub.