Aprelin 29-da Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə işğaldan azad olunmuş torpaqlarda ilk rəsmi cüdo tədbiri keçirilib.
"Report"un Cəbrayıla ezam olunan əməkdaşı xəbər verir ki, rayonun Horovlu kənd tam orta ümumtəhsil məktəbində kəmər dərəcələri üzrə rəsmi imtahan təşkil olunub.
İmtahanda Ağcabədi, Laçın, Tərtər, Bərdə və Cəbrayıldan olan 47 cüdoçu iştirak edib.
İdmançılar yaş uyğunluğuna əsasən ağ-sarı, sarı, narıncı, yaşıl, göy və qəhvəyi kəmər dərəcələri üzrə bacarıqlarını nümayiş etdiriblər. İmtahanı uğurla başa vuran cüdoçulara müvafiq kəmər və sertifikatlar təqdim olunub.
Qeyd edək ki, kəmər imtahanları cüdoçuların texnikaları daha sistemli və hərtərəfli mənimsəməsinə, eyni zamanda onların motivasiyasının artmasına xidmət edir. Bu mərhələ həm də gələcəkdə nüfuzlu daxili yarışlarda iştirak üçün vacib şərtlərdən biri hesab olunur.
Bakıda yeniyetmə oğlan boksçular arasında "Heydər Əliyev Kuboku-2026" beynəlxalq turnirində yarımfinal mərhələsi yekunlaşıb. 8 ölkənin qatıldığı yarışda Azərbaycan millisinin 16 idmançısı finalda iştirak hüququ qazanıb.
Bakı Şəhər İcra Hakimiyyəti, Regional İnkişaf İctimai Birliyi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan Bakı şəhər rayonlarını əhatə edən məhəllələrarası 3x3 basketbol turnirinə yekun vurulub.
Bakıda keçiriləcək çövkən üzrə dünya çempionatında iştirak edəcək bütün ölkələr müəyyənləşib.