Günəşdə güclü partlayış olub

Günəşdə güclü partlayış olub
29 Apr 2026 10:21

Günəşdə aprelin 28-də gücünə görə güclü partlayış qeydə alınıb.

Oxu.Az xəbər verir ki, bu barədə TASS-a Rusiya Tətbiqi Geofizika İnstitutundan bildiriblər.

Qeyd olunub ki, aprelin 28-də Bakı vaxtı ilə 16:33-də rentgen diapazonunda 4420 nömrəli günəş ləkələri qrupunda (N14W37) 23 dəqiqə davam edən M1.0 sinifli partlayış baş verib.

Günəş partlayışları rentgen şüalanmasının gücünə görə A, B, C, M və X siniflərinə bölünür. Minimum A0.0 sinfi Yer orbitində bir kvadratmetrə 10 nanovat gücə uyğun gəlir. Hər növbəti sinfə keçiddə şüalanmanın gücü 10 dəfə artır.

Partlayışlar günəş plazmasının atılması ilə müşayiət olunur və bu buludlar Yerə çatdıqda maqnit qasırğalarına səbəb ola bilər.


13 May 2026
Dünya

İranın şimalında zəlzələ baş verib

İranın şimalında 4.5 maqnitudalı zəlzələ baş verib.

13 May 2026
Dünya

Vyanada "Avroviziya-2026" mahnı müsabiqəsi başlayır

Bu gün Avstriyanın paytaxtı Vyana şəhərində Bakı vaxtı ilə saat 23:00-da "Avroviziya" mahnı müsabiqəsinin birinci yarımfinalı keçiriləcək.

13 May 2026
Dünya

İran Hörmüz boğazında hərbi dəniz nəzarəti zonasını genişləndirdi

İran ordusu Hörmüz boğazı akvatoriyasında donanmanın nəzarət etdiyi ərazinin miqyasını böyüdüb.

12 May 2026
Dünya

ABŞ-də hantavirusa yoluxanların sayı artır

Amerika Birləşmiş Ştatlarında hantavirusa yoluxma şübhəsi ilə daha iki nəfər karantinə yerləşdirilib və hazırda həkimlərin nəzarətindədirlər.

12 May 2026
Dünya

Çində yaşayış binasında yanğın: Ölənlər var

Çinin Hunan əyalətində yaşayış binasında baş verən yanğın nəticəsində beş nəfər həlak olub, iki nəfər xəsarət alıb.