Naxçıvan Olimpiya İdman Kompleksində cüdo üzrə region birinciliklərinə start veriləcək.
"Report" Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, aprelin 25–26-da keçiriləcək yarışlarda U-14 və U-17 yaş qrupları üzrə yeniyetmələr mübarizə aparacaqlar.
Naxçıvan Muxtar Respublikası bölgəsi üzrə təşkil olunacaq turnirlərdə ümumilikdə 92 cüdoçu tatamiyə çıxacaq.
Yarışların əsas məqsədi yeniyetmə idmançılar bazasını formalaşdırmaq və kvota əsasında ölkə birinciliyinə vəsiqə qazanacaq cüdoçuları müəyyənləşdirməkdir. U-17 kateqoriyası üzrə qeydə alınan nəticələr həmçinin millinin heyətinə seçim üçün vacib reytinq xalları qazandıracaq.
Bakıda yeniyetmə oğlan boksçular arasında "Heydər Əliyev Kuboku-2026" beynəlxalq turnirində yarımfinal mərhələsi yekunlaşıb. 8 ölkənin qatıldığı yarışda Azərbaycan millisinin 16 idmançısı finalda iştirak hüququ qazanıb.
Bakı Şəhər İcra Hakimiyyəti, Regional İnkişaf İctimai Birliyi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan Bakı şəhər rayonlarını əhatə edən məhəllələrarası 3x3 basketbol turnirinə yekun vurulub.
Bakıda keçiriləcək çövkən üzrə dünya çempionatında iştirak edəcək bütün ölkələr müəyyənləşib.