Azərbaycan güləşçiləri Antalyadakı "Çempionlar" turnirində 13 medal qazanıblar

Azərbaycan güləşçiləri Antalyadakı "Çempionlar" turnirində 13 medal qazanıblar
20 Apr 2026 14:50

Türkiyənin Antalya şəhərində keçirilən "Çempionlar" turniri başa çatıb.

Oxu.Az xəbər verir ki, turnirin son günündə Azərbaycanın dörd güləşçisi fəxri kürsüyə qalxıb.

Sərbəst güləşdə Bəşir Verdiyevlə (65 kiloqram) Yusif Dursunov (125 kiloqram) gümüş, Muxamad Qantemirov (125 kiloqram) bürünc medal qazanıblar.

Yunan-Roma güləşində isə Tural Əhmədov (63 kiloqram) bütün rəqiblərinə qalib gələrək çempion olub.

Sərbəst güləş üzrə millimiz turniri 119 xalla komanda hesabında 3-cü pillədə başa vurub.

Beləliklə, "Çempionlar" turnirində güləşçilərimiz ümumilikdə 13 (3 qızıl, 4 gümüş, 6 bürünc) medal əldə ediblər.

 


12 May 2026
İdman

Azərbaycan karateçisi Avropa çempionu oldu - FOTO

Rumıniyada keçirilən Fudokan karate üslubu üzrə 28-ci Avropa çempionatında Azərbaycan karateçisi Babək Qələmzadə böyüklər arasında mütləq çəki dərəcəsində Avropa çempionu adını qazanıb.

12 May 2026
İdman

Parataekvondoçumuz Avropa çempionatında gümüş medal qazanıb

Almaniyanın Münhen şəhərində Parataekvondo üzrə Avropa çempionatına start verilib.

7 May 2026
İdman

"Heydər Əliyev Kuboku-2026": 16 oğlan boksçumuz finalda mübarizə aparacaq

Bakıda yeniyetmə oğlan boksçular arasında "Heydər Əliyev Kuboku-2026" beynəlxalq turnirində yarımfinal mərhələsi yekunlaşıb. 8 ölkənin qatıldığı yarışda Azərbaycan millisinin 16 idmançısı finalda iştirak hüququ qazanıb.

6 May 2026
İdman

Paytaxtın abad məhəllələrində basketbol yarışları başa çatıb (FOTO)

Bakı Şəhər İcra Hakimiyyəti, Regional İnkişaf İctimai Birliyi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan Bakı şəhər rayonlarını əhatə edən məhəllələrarası 3x3 basketbol turnirinə yekun vurulub.

4 May 2026
İdman

Bakıda keçiriləcək çövkən üzrə dünya çempionatına qatılacaq bütün ölkələr dəqiqləşib - EKSKLÜZİV

Bakıda keçiriləcək çövkən üzrə dünya çempionatında iştirak edəcək bütün ölkələr müəyyənləşib.