Aprelin 14-də Azərbaycan alpinisti İsrafil Aşurlının da daxil olduğu beşnəfərlik komanda Himalay dağ silsiləsində yerləşən Annapurna (8 091 metr) zirvəsini fəth edib.
Gənclər və İdman Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, baza düşərgəsindən hərəkətə başlayan alpinistlər dərin qar örtüyü və çətin relyef şəraitində irəliləyərək zirvəyə qalxmaqla bu mövsümün ilk uğurlu çıxışlarını həyata keçiriblər.
Aşurlı zirvəyə qalxan zaman süni oksigen balonundan istifadə etməyib. İdmançı ötən il də zirvələrə süni oksigendən istifadə etmədən qalxmışdı.
Bununla da, İsrafil Aşurlının fəth etdiyi zirvələrin (8 000 metrdən yüksək) sayı 9-a çatıb.
Bolqarıstanın Samokov şəhərində güləş üzrə U-17 Avropa çempionatı davam edir.
Rumıniyada keçirilən Fudokan karate üslubu üzrə 28-ci Avropa çempionatında Azərbaycan karateçisi Babək Qələmzadə böyüklər arasında mütləq çəki dərəcəsində Avropa çempionu adını qazanıb.
Almaniyanın Münhen şəhərində Parataekvondo üzrə Avropa çempionatına start verilib.
Bakıda yeniyetmə oğlan boksçular arasında "Heydər Əliyev Kuboku-2026" beynəlxalq turnirində yarımfinal mərhələsi yekunlaşıb. 8 ölkənin qatıldığı yarışda Azərbaycan millisinin 16 idmançısı finalda iştirak hüququ qazanıb.
Bakı Şəhər İcra Hakimiyyəti, Regional İnkişaf İctimai Birliyi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan Bakı şəhər rayonlarını əhatə edən məhəllələrarası 3x3 basketbol turnirinə yekun vurulub.