İki şahmatçımız Avropa çempionatının mükafatçısı oldu

İki şahmatçımız Avropa çempionatının mükafatçısı oldu
20 Apr 2026 09:49

Polşanın Katovitse şəhərində keçirilən şahmat üzrə fərdi Avropa çempionatı başa çatıb.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyası məlumat yayıb.

Bildirilib ki, yarışın sonuncu turunda Azərbaycan qrossmeysterlərinin duelində Aydın Süleymanlı ilə Məhəmməd Muradlı heç-heçə ediblər.

Son tura lider kimi qədəm qoyan Nicat Abasov ağ fiqurlarla Rumıniya təmsilçisi Daniel Boqdanla bərabərliyə razılaşaraq yarım xalla kifayətlənib.

Eyni xala malik Ukrayna şahmatçısı Roman Deqtyaryov son turda ispan David Gixarronu məğlub edərək Avropa çempionu olub. 11 turdan sonra hərəyə 8.5 xal toplayan Azərbaycan şahmatçıları 2-4-cü yerləri bölüşdürüblər. Nicat Abasov Avropa çempionatını ikinci, Aydın Süleymanlı isə üçüncü pillədə başa vurub.

Son Azərbaycan çempionu Məhəmməd Muradlı qitə çempionatında 4-cü olub. Hər üç şahmatçı gələn il keçiriləcək Dünya Kubokuna vəsiqə qazanıb.

Xatırladaq ki, şəxsi Avropa çempionatı 2000-ci ildən keçirilir. İndiyədək Azərbaycana kişi şahmatçıların qitə çempionatında yeganə medalı 2005-ci ildə ikinci yeri tutan Teymur Rəcəbov qazandırıb.


7 May 2026
İdman

"Heydər Əliyev Kuboku-2026": 16 oğlan boksçumuz finalda mübarizə aparacaq

Bakıda yeniyetmə oğlan boksçular arasında "Heydər Əliyev Kuboku-2026" beynəlxalq turnirində yarımfinal mərhələsi yekunlaşıb. 8 ölkənin qatıldığı yarışda Azərbaycan millisinin 16 idmançısı finalda iştirak hüququ qazanıb.

6 May 2026
İdman

Paytaxtın abad məhəllələrində basketbol yarışları başa çatıb (FOTO)

Bakı Şəhər İcra Hakimiyyəti, Regional İnkişaf İctimai Birliyi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan Bakı şəhər rayonlarını əhatə edən məhəllələrarası 3x3 basketbol turnirinə yekun vurulub.

4 May 2026
İdman

Bakıda keçiriləcək çövkən üzrə dünya çempionatına qatılacaq bütün ölkələr dəqiqləşib - EKSKLÜZİV

Bakıda keçiriləcək çövkən üzrə dünya çempionatında iştirak edəcək bütün ölkələr müəyyənləşib.

4 May 2026
İdman

Azərbaycan cüdoçuları "Böyük Dəbilqə" turnirini üç medalla başa vurdular

Azərbaycanın cüdo millisi Tacikistanın paytaxtı Düşənbədə keçirilən "Böyük Dəbilqə" turnirini üç bürünc medalla başa vurub.

1 May 2026
İdman

Həftəsonu keçiriləcək maraqlı futbol oyunlarının AFİŞASI

Bu həftəsonu Avropanın bir çox yaşıl meydanları maraqlı futbol oyunlarına ev sahibliyi edəcək.