Türkiyənin Antalya şəhərində güləş üzrə "Çempionlar" turniri davam edir.
Oxu.Az xəbər verir ki, U20 yaş qrupu üzrə keçirilən turnirin ikinci günündə dörd güləşçimiz fəxri kürsüyə yüksəlib.
Sərbəst güləşdə Nurlan Ağazadə (74 kq) bürünc medal qazanıb.
Yunan-Roma güləşində 87 kq-da Orxan Hacıyev gümüş, Abdullah Həsənov isə bürünc medalla turniri başa vurublar.
Qadın güləşində isə Esra Məmmədli (53 kq) üçüncü yeri tutub.
Bakıda yeniyetmə oğlan boksçular arasında "Heydər Əliyev Kuboku-2026" beynəlxalq turnirində yarımfinal mərhələsi yekunlaşıb. 8 ölkənin qatıldığı yarışda Azərbaycan millisinin 16 idmançısı finalda iştirak hüququ qazanıb.
Bakı Şəhər İcra Hakimiyyəti, Regional İnkişaf İctimai Birliyi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan Bakı şəhər rayonlarını əhatə edən məhəllələrarası 3x3 basketbol turnirinə yekun vurulub.
Bakıda keçiriləcək çövkən üzrə dünya çempionatında iştirak edəcək bütün ölkələr müəyyənləşib.