Azərbaycan cüdoçusu Hidayət Heydərov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən böyüklər arasında Avropa çempionatında finala yüksəlib.
Milli.Az xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində çıxış edən Olimpiya çempionu yarımfinalda türkiyəli Bilal Ciloğluna qalib gələrək həlledici mərhələdə iştirak hüququ qazanıb.
Qeyd edək ki, Azərbaycan aprelin 19-dək davam edəcək mötəbər turnirdə 9 kişi və 6 qadın olmaqla 15 cüdoçu ilə təmsil olunur. Ötən gün Əhməd Yusifov (60 kiloqram) və Turan Bayramov (66 kiloqram) bürünc medala sahib çıxıblar.
Bolqarıstanın Samokov şəhərində güləş üzrə U-17 Avropa çempionatı davam edir.
Rumıniyada keçirilən Fudokan karate üslubu üzrə 28-ci Avropa çempionatında Azərbaycan karateçisi Babək Qələmzadə böyüklər arasında mütləq çəki dərəcəsində Avropa çempionu adını qazanıb.
Almaniyanın Münhen şəhərində Parataekvondo üzrə Avropa çempionatına start verilib.
Bakıda yeniyetmə oğlan boksçular arasında "Heydər Əliyev Kuboku-2026" beynəlxalq turnirində yarımfinal mərhələsi yekunlaşıb. 8 ölkənin qatıldığı yarışda Azərbaycan millisinin 16 idmançısı finalda iştirak hüququ qazanıb.
Bakı Şəhər İcra Hakimiyyəti, Regional İnkişaf İctimai Birliyi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan Bakı şəhər rayonlarını əhatə edən məhəllələrarası 3x3 basketbol turnirinə yekun vurulub.