Sudanda döyüşlər davam etdiyi üçün Çad hazırda 1,3 milyon sudanlı qaçqına ev sahibliyi edir.
"Report" xəbər verir ki, bu barədə məlumat BMT-nin "X" sosial şəbəkə hesabında paylaşılıb.
"Dünya Qida Proqramı təcili zəruri dəstəyi təmin etmək üçün çalışır, lakin maliyyələşdirmə kifayət deyil, bu da yardım xətlərini təhlükə altına qoyur", - məlumatda bildirilib.
Xatırladaq ki, Sudanda vəziyyət 2023-cü ilin aprelində gərginləşib. Buna səbəb Suveren Şuraya (müvəqqəti idarəetmə orqanı) rəhbərlik edən Əbdül Fəttah əl-Burhanla Çevik Reaksiya Qüvvələrinin komandanı Məhəmməd Həmdan Daqalo arasında ziddiyyətlərin yaranmasıdır. Xartumda başlayan toqquşmalar ölkənin başqa bölgələrinə də yayılıb.
Ekspertlərin fikrincə, münaqişə nəticəsində azı 40 min nəfər ölüb, 14 milyon insan evlərini tərk etməli olub.
Amerika Birləşmiş Ştatlarında hantavirusa yoluxma şübhəsi ilə daha iki nəfər karantinə yerləşdirilib və hazırda həkimlərin nəzarətindədirlər.
Çinin Hunan əyalətində yaşayış binasında baş verən yanğın nəticəsində beş nəfər həlak olub, iki nəfər xəsarət alıb.
Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, ötən gecə Rusiya Ukrayna ərazisinə 200-dən çox pilotsuz uçuş aparatı (PUA) buraxıb.